QURAN ELMLƏRİ
95
A. Əsbabün-nüzul
Quran ayələrinin nazil olmasına səbəb olan hadisələrə “əsbabun-
nüzul” deyilir. Quranın doğru təfsir edilməsi üçün ayələrin hansı
şərtlərdə, hansı hadisəyə görə, harada və necə endiyini bilmək la-
zımdır. Bu məlumatlar sayəsində ayələrin qəsd etdiyi mənaya daha
da yaxınlaşmaq mümkündür. Hədis kitablarının təfsir bölümləri
“əsbabun-nüzul” rəvayətlərindən meydana gəlmişdir. Ayələrin nü-
zul səbəbləri Quranın tarixini və ictimai zəminini sonrakı nəsillərə
daşıyır.
Əsbabün nüzul məfhumu “
əsbab” və “
nüzul” kəlmələrindən
meydana gəlmişdir. “
Əsbab” “
səbəb” sözünün cəm formasıdır.
“
Səbəb” lüğətdə “
metod, yol, işarə, vəsilə və vasitə” mənalarına gəlir.
“
Nüzul” kəlməsinə gəlincə isə bu kəlmə “
nə-zə-lə” felinin
məsdəri olub “
yuxarıdan aşağıya enmək” mənasına gəlir. Bu kökdən
gələn “
inzal” və “
tənzil” ifadələri də “
endirmək” deməkdir. Ancaq
“
inzal”
topdan endirmə, “
tənzil” isə hissə hissə endirməkdir.
Quran iyirmi üç il müddətində ayə-ayə, surə-surə nazil edil-
mişdir. Bu cür nazil olmaya “
təncim deyilir. Təncim “
nəcm” (ulduz)
sözündəndir, hər ulduz çıxanda, yəni müəyyən vaxtlarda Quran-
dan bir hissənin nazil edildiyini bildirmək üçün işlədilir.
“Əsbabun-nüzul”un daha geniş tərifini versək onu belə tərif
etmək mümkündür: “Hz. Peyğəmbərin risaləti dövründə baş verən
və Quranın bir və ya bir neçə ayəsinin və yaxud da surəsinin na-
zil olmasına səbəb olan hadisəyə, şəraitə, ya da hər hansı bir şey
haqqında Rəsulullahdan soruşulan suala nüzul səbəbi” deyilir.
Yuxarıdakı tərifdə ön plana çıxan əsas xüsusiyyətlərdən biri
hər hansı bir hadisənin baş verməsidir. Bəzi ayələr hər hansı bir
hadisə nəticəsində nazil olmuşdur.