QURANİ-KƏRİM (QURAN VƏHYİ) 37
B. Quranın digər adları Zərkəşi Quranda Quranın 55 fərqli adının keçdiyini söyləyir.
Bu rəqəmi 90-a qədər çıxaranlar da vardır. İndi isə Quranın adları-
nın bir hissəsini tək-tək ələ alaq.
1. Kitab Quranda əl-Kitab kəlməsi ümumi mənada bütün peyğəmbərlərə
gələn vəhy və ya vəhylər mənasında işlənir. Quran özündən əvvəlki
vəhylərə kitab dediyi kimi, özünü də kitab adlandırır. O, açıq və
hikmətli kitabdır.
Quran nazil olmağa davam etdiyi zamanda da özünü kitab
olaraq tanıtmışdır. Bu da vəhyin hələ davam edəcəyinə və ayələrin
axırda kitab halında toplanacağına işarə edirdi. Bildiyimiz kimi na-
zil olub qurtardıqdan qısa müddət sonra Quran kitab şəklinə salın-
mışdır.
2. Furqan Furqan kəlməsi arami dilində olub “ayırmaq” mənasına gəlir.
Furqan surəsinin 1-ci ayəsində belə buyururlur:
Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Quranı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir- bərəkəti bol və daimidir!) Qurana Furqan deyildikdə onun yaxşını pisdən, gözəli çir kin-
dən, saleh olanı saleh olmayandan, haqqı batildən, nizamı xaos-
dan, halalı haramdan, günahı səvabdan, doğrunu yanlışdan, saxta
tanrıları Allahdan, qaranlığı aydınlıqdan, baqini fanidən və başqa
şeyləri bir-birlərindən ayırması nəzərdə tutulur.