TƏFSİR ÜSULU VƏ TARİXİ 38
3. Zikr Zikr lüğətdə “xatırlamaq, anmaq, bir şeyi daim zehində tutmaq,
bildirmək, xəbər vermək, tələffüz etmək” kimi mənalara gəlir. Qu-
ranın digər bir adı olan Təzkir də eyni kökdən gəlir və xatırlama,
birinin diqqətini çəkmə, işarə etmə deməkdir.
Quran özünü Zikr adlandırır. Bəzi ayələrdə isə Qurana əz- Zikrul-Həkim deyilir. Yəni o hikmətli ifadələrlə dolu zikrdir.
4. Nur Quran, Tövrat və İncilə Nur dediyi kimi, özünə də Nur de-
yir. Rağib əl-İsfəhani nuru “görməyə yardım edən işıq” kimi tərif
etdikdən sonra dünyadakı nuru iki yerə ayırır. Biri gözlə görünən
və gözün görməsini təmin edən nur, digəri isə bəsirət gözü ilə fərq
edilən nurdur. Bu da ağlın və Quranın nurudur. Yəni Quranın nuru
mənəvi, tövhidi və əxlaqi mənada insanları aydınladan nurdur.
5. Hüda Quran həm doğru yolu göstərir, həm də doğru olana aparır.
Bu mənada o, “hüdən lin-nəs” vəsfi ilə bütün insanlara haqqı və
həqiqəti göstərir. “Hüdən lil-müttəqin” sifəti ilə isə onun göstərdiyi
yolda gedə bilən insanları həqiqətə və səadətə çatdırır.
6. Bəyan Nəhl surəsinin 89-cu ayəsində Quranın hər şeyi açıqladığı, hər
şeyi izah etdiyi bildirilir. Burada qəsd olunan məna Quranın, in-
sanın dini və əxlaqi məsələlərdəki əsas ehtiyaclarına cavab verən
izahlardır. Quran insanların bu dünya və axirətdə xoşbəxt olmaları
üçün lazım olan əsas məsələləri ələ almışdır. Quranın hər şeyi izah
etdiyi deyildikdə isə, onun bütün məsələləri təfərrüatları ilə izah
etməsi başa düşülməməlidir. Bəyan adı, Quranın, insan üçün çox
əhəmiyyətli olan məsələləri açıqladığını bildirir.