Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə35/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   281
TƏFSİR ÜSULU VƏ TARİXİ
36
Quran kəlməsinin həmzəli bir kökdən törədiyini iddia edənlər 
iki fərqli görüş mənimsəmişlər:
1.  Əbu  İshaq  əz-Zəccaca  (311/923)  görə  Quran  kəlməsi  “top-
lamaq”  mənasına  gələn  “əl-qarü”  məsdərindən  törəmişdir.  Bu  gö-
rüş sahiblərinə görə Quran qissə, əmr, qadağa, vəd, vəid, surə və 
ayələri bir yerə topladığı üçün bu adı almışdır.
2.  Əbu  Həsən  Lihyani  (vəfatı-215/830)  isə  bu  kəlmənin  “oxu-
du” mənasına gələn “qaraə” felindən törədiyini söyləmişdir. İslam 
alimlərinin bir çoxu da məhz Lihyanin bu fikri ilə razılaşmışlar.
2. Terminoloji mənası
Bir-birindən fərqli təriflər verilən Quranı belə tərif etmək olar: 
Hz.  Peyğəmbərə  (s.ə.s.)  vəhy  vasitəsi  ilə  endirilib  səhifələrə  yazılan, 
təvatürlə nəql edilən və oxunuşu ilə ibadət olunan möcüzəvi bir kəlamdır”.
-“Hz.  Peyğəmbərə  endirildi”  ifadəsi  digər  ilahi  kitabları  və  Hz. 
Peyğəmbər tərəfindən söylənən sözləri öz əhatəsi xaricində saxlayır.
-“Vəhy vasitəsi ilə endirildi” ifadəsi, onun ilahi mənşəli oldu-
ğunu göstərir.
-“Səhifələrə yazılan” sözü, Qurandan sayılmayan heç bir kəlam 
və kəlmənin Müshəfə daxil olmadığını göstərir.
-“Təvatürlə nəql edilən” ifadəsi, həm söz, həm də məna etibari-
lə mütavatir olmayan qiraətlərin Qurandan sayılmayacağını ifadə 
edir.
-“ Oxunuşu ilə ibadət edilən” ifadəsi isə, Quranın özü xaric, nə 
onun məal və təfsiri, nə də qüdsi hədisləri oxuyaraq ibadət etməyin 
mümkün olmadığını göstərir.



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin