QURAN ELMLƏRİ 123
I. Quranın müşkilləri “Müşkil” kəlməsi lüğətdə “qarışıq olmaq” mənasına gələn “əş- kələ” felinin ismi- failidir. Oxuyucuya ziddiyətli şəkildə görünən
ayələrə müşkil ayələr deyilir. Əslində Quranda zidd mənada
işlədilən ayələr yoxdur. Nisa surəsinin 82-ci ayəsində bu həqiqət
belə dilə gətirilir:
“Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) dü şün- məzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.” Daha yaxşı incələdikdə görərik ki, bu ayələr eyni mövzudan
bəhs etmirlər, eyni şərtlərə və eyni ehtiyaclara cavab vermirlər.
Buna görə də fərqli zamanlarda ortaya çıxan, fərqli şəraitlərlə bağlı
olan ifadələri tarixi və ictimai şərtlərə görə dəyərləndirmək lazım-
dır. Quranı cəmiyyətin və tarixin xaricindəki bir mətn kimi oxuyan-
lar onda zidd mənaların olduğu qənaətinə gəlirlər. Amma o iyirmi
üç il ərzində müxtəlif ictimai hadisələri izləyərk meydana gələn bir
mətndir. Quranın bu xüsusiyyətini diqqətdən qaçırmaq oxuyucunu
belə yanlış bir qənaətə gəlməyə sövq edər.
Quranda var olduğu zənn edilən müşkillərin səbəbləri aşağıda-
kılardır: