2. Həqiqi və məcazi mənada işlənməsi Quranda bəzi ayələr vardır ki, bunlar bəzən həqiqi, bəzən də
məcazi mənalarda işlədilmişdir. Elə ayələr də vardır ki, onlar da
eyni vaxtda həm həqiqi, həm də məcazi məna daşıyırlar. Məsələn,
َساَّانلا ىَرَتَو ىَر َك ُسِب ُه اَمَو ىَر َك ُس
“...İnsanlarını sərxoş olaraq görürsən, ancaq onlar sərxoş deyildirlər...”
147
ayəsinə nəzər saldıqda ilk anda burada bir ziddiyətin var oldu-
ğu zənn edilə bilər. Ancaq ayədə qiyamətin dəhşətindən insan-
ların məcazən sərxoş vəziyyətə düşəcəkləri ifadə edilmiş, ancaq
sərxoşluğun səbəbi şərab olduğu üçün də həqiqətə nisbətlə də on-
ların sərxoş olmadıqları bildirilmişdir.