L. Quran qissələri “Qissə” kəlməsi lüğətdə “bir adamın izini addım addım təqib etmək”, “bir sözü bəyan etmək”, “anlatmaq, hekayə etmək” kimi anlam-
lara gəlir.
Quranda keçmişdə yaşamış peyğəmbərlərdən və onların üm-
mət lərindən bəhs edən qissələr vardır. Bu qissələrin arxa planı və
hikmətləri vardır. Tarixin dərinliklərində qeyb olmuş, unudulmuş
və ya sadəcə bəzi izləri insanların hafizələrində qalmış, hər zaman
üçün keçərli olan mütləq həqiqətləri, yüksək dini dəyərləri başqa
qissələrdə olmayan bir üsulla anladan Quran qissələri, hadisələri
sanki canlandırırmışcasına ortaya qoyur. Məhz Quranda bəhs olu-
nan tarixi hadisələrə qissə deyilməsinin səbəbi də budur. Qissələr
sadəcə rəvayət və nəql deyillər, onlar eyni zamanda ictimai
dəyişikliklərə paralel olaraq ələ alınmalı və üzərində dərin şəkildə
düşünülərək bəzi izahlar gətirilməlidir.