TƏFSİR ÜSULU VƏ TARİXİ 128
ayəsi olan “(O, zülməti yaran) parlaq ulduzdur!” ayəsi bu mücməlliyi
ortadan qaldırır.
Qurani-kərimdəki mücməllərin səbəblərini belə sıralamaq
mümkündür:
1. Bir sözün iki zidd məna ifadə etməsi “Boşanan qadınlar üş təmizlənmə halını gözləyərlər...”
154
ayəsindəki
“quru” sözü müştərk mənada işlədilən bir söz olub həm aybaşı,
həm də aybaşıdan təmizlənmə mənalarına gəlir.
2. Əvəzliyin istinadından qaynaqlanan ixtilaf “... Ona ancaq gözəl sözlər yüksəlir. Gözəl sözləri də gözəl əməllər yüksəldir...”
155
ayəsindəki “yərfəu” felindəki əvəzliyin istinadında
mücməllik vardır. Çünki bu əvəzliyin həm Allah kəliməsinə, həm
də “əl-kəlimut tayyib/ gözəl sözlər” ifadəsinə istinad edilməsi müm-
kündür.
3. Ətf və istinaf ehtimalının olması ُ َليِوأْ�َت َُلْعَي اَمَو ُ ّللا َّالإِا اَنِّبَر ِدنِع ْنِّم ٌّ ُك ِهِب اَّانَمآ� َنوُلوُقَي ِْلِعْلا ِف َنوُ ِساَّارلاَو
“...Allahdan başqa onun izahını heç kəs bilməz. Elmdə yüksək səviyyəyə çatanlar deyərlər:“Biz Ona inandıq, hamısı Rəbbimizdəndir”...”
156
ayəsindəki “vər-rasixun” kəlməsindəki “vav” hərfinin həm ətf, həm
də istinaf olma ehtimalı vardır. Bu hərfi istinaf olaraq ələ alanlar
ayəni belə tərcümə etmişlər:
“...Mütəşabehlərin izahını yalnız Allah bilir. Elmdə yüksək səviyyəyə gələnlər isə deyərlər: “Biz Ona inandıq, hamısı Rəbbimizdəndir”...”.
Yəni onlara görə mütəşabehlərin mənasını yalnız Allah bilir, Onun
xaricində heç kim bunları bilməz. “Vav” hərfini ətf hesab edənlər
154 Bəqərə, 2/228.
155 Fatir, 35/10.
156 Ali İmran, 3/7.
QURAN ELMLƏRİ 129
isə “elmdə yüksək səviyyəyə gələnlərin” də mütəşabihlərin mənasını
biləcəyini söyləyirlər.