TƏFSİR ÜSULU VƏ TARİXİ 126
5. Bir həqiqətin fərqli şəkillərdə gəlməsi Quran Hz. Adəmin yaradılışından bəhs edərkən fərqli-fərqli
ifa dələr işlədir. Belə ki bir ayədə insanın “torpaqdan”
151
, başqa bir
ayədə “qurumuş palçıqdan”
152
, Saffat surəsinin 1-ci ayəsində isə “ya- pışqan kimi palçıqdan”, Rəhman surəsinin 14-cü ayəsində “qupquru palçıqdan” yaratıldığı söylənir. Bu da ilk baxışda insanı çaşdırır. Qu-
ranın bu ayələri arasında təzad olduğu fikri oyanır. Ancaq burada
Hz. Adəmin yaradılış səhnələri göstərilir. “Hamə”, “tin” və “salsal”
eyni şey deyildir, amma bunların hamısının mənşəyi torpaq olub
bu ifadələr də torpağın fərqli şəkilləri üçün işlədilmişdir.
Ayələr arasında var olduğu zənn edilən müşkilatı ortadan qal-
dırmaq üçün bəzi elmi metodlardan istifadə etmək, ayələri daha
doğru anlamğa çalışmaq lazımdır. Alimlər müşkilləri ortadan qal-
dırmaq üçün iki yoldan istifadə etmişlər:
1) Təvil və təlif yolu
Bu metoda dair məlumatlara müşkillərin səbəblərindən bəhs
edərkən yer verdik.
2) Nəsx yolu
Nəsx mövzusundan bəhs edərkən müfəssirlərin və fəqihlərin
ziddiyətli görünən bəzi ayələri uzlaşdıra bilmədikləri zaman nəsxə
müraciət etdiklərini söyləmişdik. Nəsxi qəbul etməyənlər bu teori-
yanın ortaya çıxmasında əsas səbəbin məhz müşkil ayələrlə bağlı
olduğunu söyləyirlər.
İbn Qüteybənin (vəfatı-276/889) “Təvilu Müşkili-Quran” adlı
əsəri bu sahədə yazılmış ən məşhur əsərdir. Bundan başqa Məkki
b. Əbi Talib (vəfatı-437-1045) “Müşkilatul-Quran” və Məhəmməd
151 Ali İmran, 3/59
152 Hicr, 15/26