Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə147/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   143   144   145   146   147   148   149   150   ...   281
TƏFSİR ÜSULU VƏ TARİXİ
130
K. Vücuh və nəzair
“Vücuh” sözü “vəch” kəlməsinin cəm formasıdır. “Vəch” lüğətdə 
bir şeyin ön tərəfi, üz, bir qövmün ağası, məqam, mövqe, cəhət, oxşar, qəlb, 
məzhəb, yol, şəkil, ruzi və bir məsələnin bilinən yönü” kimi mənalara gəlir. 
Termin olaraq vücüh “bir sözün Quranda fərqli mənalarda işlədilməsi” 
deməkdir. Bu terminin dilimizdəki qarşılığı omonimdir. Buna misal 
olaraq “əl-hüda” sözünün Qurandakı fərqli mənalarda işlədilməsini 
verə bilərik. Zərkəşi, “Əl-Burhan fi ulumil-Quran” adlı əsərində bu 
kəlmənin Quranda 17 mənada işlədildiyini söyləyir. Belə ki, bu söz 
bəyan
159
, din
160
, iman
161
, dəvətçi
162
, peyğəmbər
163
, yol tapmaq
164
, Hz. 
Mühəmməd 
165
, Quran
166
 və s. kimi mənalara da gəlir. 
Görürük  ki,  bu  kəlmələr  arasında  məna  cəhətdən  münasibət 
vardır.  Buna  görə  də  vücuha  “əl-əlfəzul-müştərəkə/müştərək 
sözlər” də deyilir.
Vücuha misal olaraq “ət-Tağut” kəlməsini də verə bilərik. Çün-
ki bu söz eyni zamanda şeytan,
167
 büt,
168
 hər bir pis şey deməkdir. 
Bundan başqa “salat”, “ruh”, “zur”, “ümmət” və “ayn” kəlmələri də 
vücuh elmi çərçivəsində ələ alına bilər. 
“Nəzair” sözü isə “nəzirə” kəlməsinin cəm forması olub “şəkil, 
təbiət,  davrnış  və  sözlərdəki  oxşarlıq”  deməkdir.  Temin  olaraq  da 
Qurandakı fərqli sözlərin eyni məna ifadə etməsinə” deyilir. Məsələn 
159  Bəqərə, 2/5.
160  Ali İmran, 3/73.
161  Məryəm, 19/76.
162  Rəd, 13/7.
163  Bəqərə, 2/38.
164  Nəhl, 16/16.
165  Bəqərə, 2/159.
166  Nəcm, 53/23.
167  Bəqərə, 2/256; Nisa, 4/76; Maidə, 5/60.
168  Nəhl, 16/36.


QURAN ELMLƏRİ
131
cəhənnəm”, “nar”, “səqar”, “hüdamə” və “cahim” kəlmələri Quranda 
əzab mənasını bildirir.
Buraya qədər söylənənlərdən yola çıxıb deyə bilərik ki, vücuh 
da təaddüd/çox mənalılıq, nəzair də isə, təşabüh və ittifaq vardır. 
Başqa cür ifadə etsək, vücuh mənalarda, nəzair isə ləfzlərdə olur.
Bu  sahədə  Müqatil  ibn  Süleymanın  (vəfatı-150/767)  “əl-Vücuh 
vən-nəzair”, Yəhya ibn Səllamın (vəfatı-200/815) “ət-Təsarif”, Hakim 
ət-Tirmizinin  (vəfatı-285/898)  “Təhsilu  nəzairil-Quranil-Kərim”,  İb-
nul-Cövzinin (vəfatı-597/1200) “Nüzhətul-ayunin-nəvazir fi ilmil-vü-
cuh vən-nəzair” adlı əsərləri vardır.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin