TƏFSİR ÜSULU VƏ TARİXİ 136
“Onlar dedilər:”Bu, əvvəlkilərin əfsanələridir. O isə onların üzünü kö- çürtmüş və onlar səhər-axşam onun üçün oxunur”. De: “Onu göylərdə və yerdə olan sirləri bilən nazil etmişdir. O bağışlayandır, rəhmlidir.”
177
Bu
ayələr sadəcə Quranın başqaları tərəfindən Hz. Peyğəmbərə yazdı-
rıldığı iddiasını deyil, eyni zamanda onun “əvvəlkilərin əfsanələri”
olması şəklindəki iddiaları da rədd edir.
M. Qurandakı andlar (Əqsamul-Quran) 1. Andın mahiyyəti “Qəsəm” kəlməsi, “əqsəmə” felindən törəyən isim olub “and, yə- min” mənalarına gəlir. Dini bir termin olaraq and “bir kəsin bir işi edib etməyəcəyi və ya bir hadisənin doğru olub olmaması haqqındakı sözü- nü Allahın adını ve ya sifətlərini zikr edərək qüvvətləndirməsidir.”
Qurani-kərimdəki andların bir çoxu Allah-təalaya aid olmaq-
la yanaşı bəzi ayələrdə Hz. Peyğmbərə (s.ə.s.) də and içməsi əmr
edil mişdir. Allah-təala bəzən öz adına, bəzən Qurana, mələklərə,
qi yamət gününə, peyğəmbərlərə və kainatdakı günəş, ay, ulduz,
gecə, gündüz və s. kimi şeylərə and içir.
Quranın bir çox surəsində andlar olmaqla bərabər onun on yed-
di surəsi andla başlayır. Bu da xitab olunan insanların diqqətini cəlb
etmək üçündür. Bu andları aşağıdakı kimi sistemləşdirmək olar: