d. Axirətdə cəzanın varlığına dair andlar: . ٌقِدا َصَل َنو ُدَعوُت اَمَّانإِا . اًارْمأَ� ِتاَم ِّسَقُمْلاَف . اًا ْسُي ِت َيِراَجْلاَف . اًارْقِو ِت َلِماَحْلاَف . اًاوْرَذ ِت َيِراَّالاَو
“And olsun (torpağı) sovurub-səpələyənlərə (küləklərə), yük daşıyan- lara (buludlara), asanlıqla üzənlərə (gəmilərə), işləri bilənlərə (mələklərə)! Sizə vəd olunan həqiqətən doğrudur ”
181
.
2. Andın Quranda işlədilməsinin səbəbləri Allahın Quranda and içməsi insanları qane etmə vasitəsi demək
deyildir. Bu andlara yer verilməsinin bəzi səbəbləri vardır ki, klas-
sik mənbələr bizə bu mövzuda üç səbəbin olduğunu söyləyirlər.
a. İslam meydana çıxmadan əvvəl də ərəblərin içtimai həyatında
andların böyük rolu var idi. Daha çox “insan həyatı”, “şərəf”, “qüvvə”,
“qəbilə”, “əcdad” kimi müqəddəs dəyələrə və “mizraq” kimi güc-
qüdrət əlaməti olan əşyalara and içilirdi. Qurani-kərimdə də and-
lara yer verilməklə ərəblərin bu üslub tərzi qorunub saxlanmışdır.
b. Bu andlar söylənilən şeyləri təkid etmək üçün işlənmişdir.
Bir çox ayədə Allah təala nazil etdiyi nəsslərini, varlığının dəlil-
lə rini, bəşəriyyətin hidayətinə vəsilə olması üçün göndərmiş ol-
179 Zuxruf, 43/2-3.
180 Yasin, 36/ 1-3.
181 Zariyat, 51/1-5.