Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə159/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   155   156   157   158   159   160   161   162   ...   281
QURAN ELMLƏRİ
139
toplamayacağımızı zənn edirsə, bilsin ki, biz bunu etməyə qadirk.” Razi 
də bu fikri dəstəkləmişdir.
N. Quranda məcazlar
Qurani-kərim ədəbi sənətlər baxımından çox zəngin bir kitab-
dır. Məcaz elminin bu ədəbi sənətlər içərisində özünə məxsus yeri 
vardır.
“Məcaz” kəlməsi, bir sözün öz mənasının xaricində bir məna 
ifadə etməsidir. Bildiyimiz kimi məcazi ifadələr hər dildə vardır. 
Bu ifadələr dilin həm ədəbi dəyərini, həm də təsir gücünü artırır. 
Qurani-kərimdə  məcaz  olub  olmamasına  dair  İslam  alimləri  ara-
sında yekdil bir fikir yoxdur. Alimlərin bir çoxu Quranda məcazın 
varlığını  qəbul  etsələr  də,  bəziləri  bunu  qəbul  etməməkdədirlər. 
Quranda  məcazın  olmadığı  qənaətində  olanlara  misal  olaraq  za-
hiri  məzhəbinin  qurucusu  Davud  əz-Zahirini  (vəfatı-270/883), 
mötəzili  müfəssir  Əbu  Müslim  Məhəmməd  ibn  Bəhr  əs-İsfəhani 
(vəfatı-322/934),  şafei  alimi  Əhməd  ibn  Əhməd  ət-Təbəri  (və-
fatı-355/946)  və  maliki  İbn  Huveyzmənzazı  (vəfatı-400/1009)  gös-
tə rə bilərik. Onlara görə məcaz yalanın qardaşıdır. İnsanlar danış-
dıqları zaman çətinliyə düşərlərsə o zaman məcaza əl atarlar. Al-
lah üçün bunu düşünmək isə mümkün deyildir. Quranda məcazın 
olduğunu  söyləmək Allahda  nöqsan  axtarmaq  mənasına  gəlir  və 
Qurandakı hər ifadə həqiqi mənada işlədilmişdir. Ancaq məcazlar 
Qurana  gözəllik  qatır.  Quranda  məcazın  olmadığını  iddia  etmək 
onun bu gözəlliyini ortadan qaldırmaqdan başqa bir şey deyildir.
Qurandakı məcazlar iki yerə ayrılır: əqli və lüğəvi məcazlar.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin