TƏFSİR ÜSULU VƏ TARİXİ
146
“Onlara, insanların inandığı kimi inanın deyildikdə...”
190
Burada “insanlardan” muradın Abdullah İbn Salam olduğuna
dair rəvayətlər vardır.
5) Cinsə xitab
“Ey insanlar!” xitabı Quranda bir çox yerdə keçməkdədir və bu
xitabla insan cinsi nəzərdə tutulur.
6) Növə xitab
“Ey İsrail oğulları!”
191
xitabı ilə Yaqub oğulları qəsd olunmuşdur.
7) Zata xitab
“Ey İsa!”, “ Ey Musa!”, “Ey İbrahim!” və s. kimi xitablar buna
misal verilə bilər.
8) Mədh xitabı
“Ey iman edənlər!” xitabı əksər hallarda məkkəlilərdən mədinəli
mühacir və ənsarları ayırmaq üçün işlədilmişdir.
9) Zəmm xitabı
“Ey kafirlər!” xitabı kimi.
10) Üstünlük və kəramət bildirən xitab
“Ey Adəm! Sən zövcənlə bərabər Cənnətə yerləş...”
192
ayəsində ol-
duğu kimi.
11) Alçaltma xitabı (Xiabul-ihanə)
“Allah dedi: “Onda rədd ol buradan! Sən, daşqalaq olunasısan.
Qiyamət gününə qədər sənə lənətlər olacaqdır.”
193
Bu ayədə Allah şeyta-
nın pis xislətlərini bildirir.
12) Qarşıdakını ələ salma xitabı (Xitabut-təhəkküm)
190 Bəqərə, 2/13.
191 Bəqərə, 2/40.
192 Əraf, 7/19.
193 Hicr, 15/34-35.
QURAN ELMLƏRİ
147
“Dad, axı sən (iddiana görə) qüdrətli, kəramətli idin!”
194
Bu ayədəki
xitab Əbu Cəhilədir. Çünki o, mövqe və zənginliyinə güvənərək
özünün çox şərəfli və qüdrətl olduğunu söləyirdi. Allah-təala da
onun bu sözlərinə istehza ilə o zaman əzabı dad deyir.
13) Təkdə işlənən kəlmə ilə cəmə olan xitab (Xitabul-cəm bilaf-
zil-vahid)
“Ey insan, səni öz səxavətli Rəbbinə qarşı tvlayıb aldadan nədir?”
195
Burada insan kəlməsi təkdə işlədilsədə bütün insanlara şamildir.
14) Cəmdə işlənən kəlmə ilə təkə olan xitab (Xitabul-vahid
bilafzil-cəm)
“Ey peyğəmbərlər! Yaxşı nemətlərdən yeyin və əməlisaleh olun...”
196
Buradakı xitab Hz. Peyğəmbərədir. Çünki onun zamanında onunla
bərabər başqa bir peyğəmbər olmamışdır.
15) Təsniyə ilə təkə olan xitab (Xitabul-vahid bilafzil-isnəyni)
(Əmr olunacaq): “Atın cəhənnəmə hər cür tərs kafiri”
197
16) Təkdə işlənən kəlmə ilə təsniyəyə olan xitab (Xitabul-isnəyni
bilafzil-vahid)
“Firon dedi: “SizinRəbbiniz kimdir, ey Musa?”
198
Burada Hz.Musa
ilə yanaşı Harun da qəsd olunmuşdur.
17) Təkdən sonra cəmə olan xitab (Xitabul-cəm bədəl-vahid)
“Sən hansı bir vəziyyətdə olsan, Qurandan nəyi oxusan, siz hansı işi
görsəniz, başınız bunlara qarışan zaman (bilin ki) Biz sizə şahidik” (Yu-
nus 10/61). Ayədəki ilk fellər təkdə işlədilmişkən, üçüncü fel cəm
194 Duxan, 44/49.
195 İnfitar, 82/6.
196 Müminun, 23/51.
197 Qaf, 50/24.
198 Taha, 20/49.
|