R. Quranda xitablar Ümumiyyətlə Qurani-kərimdəki xitablar əsasən üç yerə ayrılır:
1. Hz. Peyğəmbərə olan xitablar.
2. Hz. Peyğəmbərin xaricindəkilərə olan xitablar.
3. Həm Hz. Peyğəmbərə, həm də onun xaricindəkilərə olan xi-
tablar.
Bu xitabları otuz üç başlıq altında ələ almaq olar:
1) Xitab ümumidir və qəsd olunan da ümumidir.
“Şübhəsiz Allah insanlara heç bir şeylə zülm etməz ...”
187
2) Xitab xüsusudir və bu xitabdan da xüsusilik qəsd olunur.
“Ey Peyğəmbər! Rəbbindən sənə nazil olanı təbliğ et”
188
3) Xitab xüsusidir, ancaq ondan ümumilik qəsd olunur.
“Ey Peyğəmbər! Qadınları boşadıqda....”
189
Burada xitab Hz. Peyğəmbərə olsa da, bu xitab eyni zamanda
boşanan hər kəsə şamildir.
4) Xitab ümumidir, ancaq ondan xüsusilik qəsd olunur.
187 Yunus, 10/44.
188 Maidə, 5/67.
189 Talaq, 65/1.