2. Surələrin fəzilətinə dair hədislər və onların incələnməsi
Surələrin fəzilətinə dair bir çox hədis vardır. Bunların böyük bir
hissəsi təfsir kitablarında keçir. Bunlardan bəziləri bunlardır:
1.“Kim cümə günü Ali-İmran surəsini oxuyarsa, Allah və mələklər
günəş batana qədər ona salat (rəhmət və istiğfar) edərlər.”
235
231 Buxari, Ədəb, 70.
232 Buxari, Fazlül Bəqərə, 21.
233 Darimi, Fəzailil-Quran, 1.
234 Tirmizi, Səvabul Quran, 18.
235 Zəməzşəri, əl-Kəşşaf, I, 460.
QURAN ELMLƏRİ
157
2. “Kim Ənam surəsini oxusa, hər ayəsinə qarşılıq yetmiş min mələk
gecə və gündüz o insanın bağışlanması üçün dua edər.”
236
3. “Kim Yunus surəsini oxusa, Yunusa (ə.s.) inanan və onu yalan-
layanların, eyni zamanda Fironla birlikdə suda boğulanların hər birinin
əvəzinə o şəxsə on səvab yazılar.”
237
4. “Kim Hud surəsini oxusa, o insana, Nuh, Hud, Saleh, Şüeyib,
Lüt, İbrahim və Musanı təsdiq və təkzib edənlərin, qiyamətə qədər gələcək
müttəqilərin hər birinə qarşılıq on səvab vardır.”
238
Surələrin fəziləti haqqındakı rəvayətlərə gəlincə bu rəva yətlə-
rin bir çoxu Zəməxşəri, Beyzavi və Əbus Süud Əfəndinin təf sirlə-
rində keçir. Burada diqqəti çəkən məqam bu üç müfəssirin də
eyni hədisləri nəql etmələridir. Mənbələrin bildirdiyinə görə hər
üç müfəssir bu hədisləri, Quranın fəzilətinə dair uydurma hədis
nəql etmədə məşhur olan əs-Sələbi (vəfatı-427/1035) və Vahidi
(vəfatı-468/1075) kanalı ilə rəvayət etmələridir. Müfəssir əş-Şirbini
də (vəfatı-977/1569) “əs-Siracul-munir” adlə təfsirində Zəməxşəri və
ona tabe olaraq eyni hədisləri nəql edən Beyzavinin bir çox uydur-
ma hədisləri kitablarına aldıqlarını qeyd etmişdir. Şirbiniyə görə bu
iki müfəssir Bəqərə, Nəhl, Kəhf, Səcdə, Yasin, Duxan, Vaqiə, Zilzal,
Tə kasur və Nəs surələri xaric, digər 104 surənin fəziləti haqqında
uy durma hədislər nəql etmişlər.
Quran surələrinin fəziləti haqqında bir çox hədisin uyduruldu-
ğuna dair açıq etiraflar da vardır. Məsələn, Nuh b. Əbi Məryəmdən
(vəfatı- 173/789) Quranın bir çox surəsinin fəziləti haqqında İbn
Abbas təriqi ilə gələn bu xəbərlər sənə hardan çatıb deyə soruşul-
duqda belə cavab vermişdir: “Mən insanları Qurandan üz çevirib
236 Zəməxşəri, Kəşşaf, II/85.
237 Zəməxşəri, Kəşşaf, II/376, Beydavi, Ənvarut-Tənzil, I/552.
238 Zəməxşəri, Kəşşaf, II/429, Beydavi, Ənvarut-Tənzil, I/523.
|