Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88


T. Ayələr və surələr arasındakı münasibət



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə172/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   ...   281
T. Ayələr və surələr arasındakı münasibət 
(Münasəbətul-Quran) 
“Münasibət” kəlməsi lüğətdə “yaxınlıq və oxşarlıq” mənalarına 
gəlir. Termin olaraq “bir- birinin ardınca gələn söz və cümlələr və ya 
ard-arda anladılan hadisələr arasındakı əlaqə” deməkdir. “Münasəbətul-
Quran” da ayə və surələr arasındakı məna baxımdan əlaqəni ortaya 
çıxardan bir Quran elmidir. 
226 Kəhf, 18/22.
227 Yusuf, 12/71-72.
228 Mömin, 40/60.
229 Bəqərə, 2/186.
230 Əhzab, 33/32.


TƏFSİR ÜSULU VƏ TARİXİ
154
Bilindiyi kimi Quran ayələri fasilələrlə müxtəlif səbəblərə görə 
nazil  olmuşdur. Ancaq  ayələrin  fərqli-fərqli  zamanlarda  nazil  ol-
ması onlar arasında hər hansı bir əlaqənin olmaması demək deyil-
dir. Həm ayələr və surələr, həm də ayələrin və surələrin əvvəli ilə 
axırları arsında elə bir əlaqə vardır ki, onlardan hər hansı birinin 
yerini dəyişdirmək mümkün deyildir. Çünki bu Quranın tərtibi ilə 
bağlıdır. Tərtib isə Quranın möcüzəvi yönlərindən biridir.
Fəxrəddin ər-Razi (vəfatı-606/1209) Bəqərə surəsinin əvvəli ilə 
axırı  arasında  əlaqə  olduğunu  söyləmişdir.  Ona  görə Allah-təala 
Bəqərə surəsinə qeybə iman edən, namaz qılan və Allahın verdi-
yi  ruzini  başqalarına  da  infaq  edən  möminləri  öyərək  başlamış, 
surənin  sonunda  da  həmin  möminlərin  Hz.  Mühəmmədin  (s.ə.s) 
ümməti olduğunu bildirmişdir.
Bundan başqa Vaqiə surəsinin sonu ilə Hədid surəsinin əvvəli 
arasında da əlaqə olduğu söylənmişdir. Vaqiə surəsinin son ayəsi 
. ِيم ِظَعْلا  َكِّبَر ِ ْس ِب  ْحِّبَسسَف  
Elə isə Uca Rəbbinin şəninə təriflər de!” ayəsidir. Bu ayənin ardın-
dan gələn Hədid surəsinin birinci ayəsində də sanki Allahın şəninə 
təriflər deməsinə dəlil olsun deyə belə buyurulur:
. ُيمِكَحْلا  ُزيِزَعْلا  َوُهَو  ِضْرأَ ْلاَو  ِتاَواَم َّاسلا  ِف اَم ِ َّا ِلل  َحَّابَسس
 “Göylərdə və yerdə olanların hamısı Allaha təriflər deyir. O, qüdrət, 
hökm və hikmət sahibidir”. 
Quranın  ilk  surəsi  ilə  son  surəsi  arasında  da  digər  surələrdə 
olduğu kimi əlaqə vardır. Belə ki, Fatihədə Allahın sifətləri sayıl-
dıqdan sonra hidayətdən bəhs olunmuş, Nəs surəsində də hidayətə 
çatmanın  ancaq  şeytanın  şərrindən  Allaha  sığınmaqla  mümkün 
olacağı bildirilmişdir.


QURAN ELMLƏRİ
155
Ayələr  və  surələr  arasındakı  əlaqə  barədə  müstəqil  əsərlərin 
sayı olduqca azdır. əz-Zərkəşi bunun səbəbini bəlağət elmi sayılan 
münasəbətul-Quran elminin çətinliyinə bağlayır.
Mənbələr  Quran  ayələri  və  surələri  arasındakı  münasibətdən 
bəhs edən ilk İslam aliminin Əbu Bəkir ən-Nisaburi (vəfatı-324/936) 
olduğunu bildirir. Lakin onun bu sahəyə aid yazılı bir əsəri yoxdur. 
Fikirləri şifahi halda nəql olunmuşdur.
Bu sahənin bir Quran elmi kimi formalaşmasında Fəxrəddin ər-
Razinin rolu çox böyükdür. “Quranın hamısı tək bir surə, hətta tək 
bir ayədir” prinsipindən hərəkət edən ər-Razi, ayə və surələr arasın-
dakı münasibətə toxunaraq Qurandakı məna bütünlüyünü ortaya 
çıxarmağa çalışmışdır. O, Bəqərə surəsini təfsir edərkən belə deyir: 
“ Kim bu surənin nəzm və tərtibindəki gözəllikləri düşünərsə, Qu-
ran kəlmələrinin fəsahət və məna üstünlüyü baxımından möcüzəvi 
olduğunu qısa bir zamanda idrak edər. Çünki o, tərtibi və ayələrinin 
nəzmi cəhətdən möcüzəvi bir kitabdır. Üslub baxımından Quranın 
möcüzə olduğunu söyləyənlərin məqsədi də elə bu olmalıdır.” 
 Razidən başqa Haralli, Mursi, Əbu Həyyan, Məqdisi və digər 
müfəssirlər də öz təfsirlərində bu mövzuya geniş yer vermişlər.
Hicri VIII əsrdə məşhur müfəssir Əbu Həyyanın müəllimi olan 
Əbu Cəfər Əhməd b. İbrahim əl-Qirnati (vəfatı-708/1344) “əl-Burhan 
fi tərtibil-Quran” adlı bu mövzuda ilk müstəqil əsər qələmə almış-
dır. Daha sonrakı əsrlərdə Bürhanəddin İbrahim b. Ömər əl-Bikai 
(vəfatı-885-1480) “Nəzmud-dürər fi tənasübül ay vəs-suvər” adlı təfsir 
əsərini yazmış və bu əsərdə münəsəbətul-Quran mövzusuna geniş 
yer  ayırmışdır.  Bu  əsər  bu  sahədə  yazılmış  ən  önəmli  əsər  qəbul 
olunur. 



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin