Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə168/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   164   165   166   167   168   169   170   171   ...   281
TƏFSİR ÜSULU VƏ TARİXİ
148
formasında işlədilmişdir. Burada xitab Hz. Peğəmbərədir. Üçüncü 
felin cəm formasında işlədilməsinə gəldikdə İbnül-Ənbari bunun 
Hz. Peyğəmbəri ucaltmaq üçün belə işlədildiyini söyləyir.
18)  Xitab  zatadır,  ancaq  qəsd  olunan  başqasıdır  (Xitabul-ayn 
vəl-muradu ğayruhu)
Ey  Peyğəmbər,  Allahdan  qorx,  kafirlərə  və  münafiqlərə  itaət 
etmə!...”
199
 Burada da xitab Hz. Peyğəmbərədir. Ancaq qəsd olunan 
möminlərdir.  Çünki  Hz.  Peyğəmbər  onsuz  da  bu  kimi  şeylərdən 
uzaq dururdu.
19) Öyüd-nəsihət və ibrət xitabı (Xitabul-etibar)
(Saleh) onlardan üz döndərdi və dedi: “Ey mənim camaatım, artıq 
mən öz Rəbbimin risalələrini sizə çatdırdım və sizə öyüd-nəsihət etdim. 
Lakin siz nəsihət verənləri sevmirsiniz
200
20)  Şəxsə  xitabdan  sonra  başqasına  yönəlmək  (Xitabuş-şəxs 
summəl-udulu ilə ğayrihi)
Əgər  onlar  (köməyə  çağırdığınızda)  sizə  hay  verməsələr..”
201
 
ayəsində xitab Hz. Peyəmbərədir. Ayənin davamındakı “...onda bilin 
ki, o (Quran), Allahın bilgisi ilə nazil olbdu və Ondan başqa heç bir Tanr 
yoxdur!  Artıq  siz  təslim  (müsəman)  olarsınızmı?”  ifadələri  kafirlərə 
olan xitabdır.
21) İltifat xitabı (Xitabut-təlvin)
Artırmaq  məqsədilə  insanlara  sələmlə  verdiyiniz  malın  faizi...”
202
 
ifadəsindəki  xitab  ikinci  şəxsə  olduğu  halda,  ayənin  sonundakı 
belələri (öz mükafatlarını qat-qat artırmış olurlar” ifadəsi ilə üçüncü 
şəxsə xitab olunmuşdur.
199 Əhzab, 33/1.
200 Əraf, 7/79.
201 Hud, 11/14.
202 Rum, 30/39.


QURAN ELMLƏRİ
149
22)  Ağıl  sahiblərinə  xitab  edərcəsinə  cansızlara  olan  xitab 
(Xitabul-cəmadət xitabu mən yəqilu)
“...Ey dağlar və quşlar! onunla birlikdə (Allaha) təriflər deyin!...”
203
23) Təhrik xitabı (Xitabut-təhyic)
Ey iman gətirənlər! Allahdan qorxun və iman gətirənsinizsə sələm 
alacaqlarınızın qalanından əl çəkin
204
 Bu ayədə Allah-təala onları əv-
vəlcə imanla vəsfləndirir, daha sonra isə “iman gətirənsinizsə” ifa-
dəsi ilə onları faizi tərk etməyə çağırır.
24) Qəzəb və təhdid xitabı (Xitabul-ğadab )
“... Doğrudanmı siz onlar sizə düşmən olduğu halda Məni qoyub onu 
və  ondan  törəyənləri  özünüzə  himayəçilər  götürürsünüz?  Bu  haqsızlar 
üçün nə pis bir dəyişdüyüşdür!
205
25) Qəhrəmanlığa çağıran xitab (Xitabut-təşci vət-təhriz)
Allah sıx hörülmüş divar kimi səf bağlayaraq, Onun yolunda vu-
ruşanları sevir
206
 Burada birlikdə hərəkət etməyə və qəhrəmanlığa 
çağırış vardr. 
26) Nifrət xitabı (Xitabut-tənfir)
“...  Bir-birinizi  güdməyin  və  biriniz  o  birinizin  qeybətini  etməsin. 
Məgər  sizlərdən  biri  qardaşı  ölərsə,  onun  ətini  yemək  istəyərmi?  Siz  ki 
buna ikrah etdiniz. Allahdan qorxun, axı Allah tövbələri qəbul edəndir, 
rəhmlidr
207
 
27) Meyl və istək xitabı (Xitabut-təhənnün vəl-istidaf)
203 Səba, 34/10.
204 Bəqərə, 2/278.
205 Kəhf, 18/50.
206 Saff, 61/4.
207 Hucurat, 49/12.



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin