TƏFSİR ÜSULU VƏ TARİXİ 156
U. Quranın fəzilətləri Fəzilət “üstünlük” və “ şərəf” mənalarına gəlir. Quranın fəzi lət-
lə ri deyildikdə onun üstünlüyü və ucalığı nəzərdə tutulur. Quranın
fəzilətləri haqqındakı məlumatları təfsir kitablarından, hədis məc-
mualarından və digər müstəqil əsərlərdən almaq mümkündür.
1. Quranın fəzilətinə dair hədislər Hz. Peyğəmbər (s.ə.s.) bir çox hədisində Quranın həm üstün-
lü yünə, həm də onu öyrənməyin, öyrətməyin və oxumanın fə zi-
lətlərinə işarə etmişdir:
a. “Sözlərin ən xeyirlisi Allahın Kitabıdır.”
231
b. “Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.”
232
c. “ Quranı öyrənin. O, qiyamət günü əhlinə necə də gözəl şəfaətçidir.”
233
d. “Hafizəsində Qurandan heç bir şey olmayan insan xaraba qalmış bir ev kimidir.”
234
Yuxarıda keçən bu hədislər səhih hədis qaynaqlarında möv-
cuddur və onların səhihliyinə heç bir şübhə yoxdur.