Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə177/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   173   174   175   176   177   178   179   180   ...   281
TƏFSİR ÜSULU VƏ TARİXİ
162
başlamışdır. O, Quranda təfsirə ehtiyacı olan nəssləri izah etmiş-
dir.  Buna  görə  də  səhabilər  Quranı  şərh  etməyə  çox  da  ehtiyac 
hiss  etməmişlər.  Ancaq  Hz.  Peyğəmbərin  vəfat  etməsi  və  İslam 
dinini  geniş  bir  əraziyə  yayılması  nəticəsində  əvvəllər  mövcud 
olmayan  problemlər  ortaya  çıxmış  və  insanlar  mənsub  olduqları 
mədəniyyətlərdən  təsirlənərək  bəzi  fikirlərini  Quranla  tə məllən-
dirmək istəmişlər. Bunu görən səhabilər Quranı təfsir etməyə başla-
mışlar və sonrakı dövrlərdə də bu təfsir fəaliyyətləri inkişaf edərək 
davam etmişdir. 
Quranın təfsir edilməsinin bəzi səbəbləri vardır ki, bunları belə 
sadalamaq olar:
1. Yuxarıdakı ayələrdən
242
 gördüyümüz kimi Quranın özü özü-
nün təfsir edilməsini istəyir.
2. Quran “səlat”, “zəkat”, “həcc” və bunlara bənzər terminlərə 
yeni mənalar yükləmişdir ki, bu mənaların təfsir olunmağa ehtiyacı 
vardır.
3.  Quranda  mübhəm,  müşkil,  mütəşabeh,  mücməl  və  mütləq 
ayələr vardır ki, bunların izah edilməsi lazımdır.
4.  Quranın  fərdi  və  ictimai  həyata  dair  qoymuş  olduğu 
hökmlərin ortaya çıxarılması və təfsir edilməsi lazımdır.
5.  Qurandakı  məcaz,  kinayə,  istişarə  və  təşbeh  kimi  ədəbi 
sənətlər mütəxəssislər tərəfindən izah edilməlidir.
6. Quranda eyni zamanda elmi həqiqətlərdən bəhs edən ayələr 
vardır ki, bunların təfsirinə ehtiyac vardır. 
242  Maidə, 5/67; Nəhl, 16/44.



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin