1. Qiraət ixtilafları Nisə surəsinin 43-cü ayəsində keçən “ləməstum” sözünü buna
misal vermək olar. Həmzə və Kisayi bu sözü əlifsiz sülasi fel kimi,
digər qiraət imamları isə bu feli “müfaalə” babına görə oxumuşlar.
Birinci qiraət şəklinə görə ayədəki bu sözün mənası “toxunmaq”
deməkdir. İkinci qiraət tərzinə görə isə bu fel “cinsi əlaqə” mənasına
gəlir. İmam Şafei birinci qiraəti əsas alaraq naməhrəm qadınla-
ra toxunmanın dəstəmazı pozacağı haqqında hökm çıxarmışdır.
İmam Əbu Həhifə isə ikinci qiraəti əsas alaraq naməhrəm qadın-
lara əl ilə toxunmanın dəstəmazı pozmayacağı və burada “cinsi əlaqənin” qəsd olunduğuna dair hökm vermişdir.