Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə158/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   154   155   156   157   158   159   160   161   ...   281
TƏFSİR ÜSULU VƏ TARİXİ
138
duğu peyğəmbərlərini, bu andlar vasitəsi ilə təyid etmişdir (dəs-
təkləmişdir).
c. Qurandakı andların hikmətlərindən biri də, and içilən şeyin 
qiymətini, dəyərini və əhəmiyyətini göstərməkdir.
3. Qəsəm felinin əvvəlində nəfy ədatının işlənməsi
Qurandakı  andlarla  əlaqədar  üzərində  durulması  lazım  olan 
əsas məsələlərdən biri də, qəsəm felinin əvvəlində nəfy ədatı “lə”nin 
gəlməsidir. Bu cür and içmənin İslamdan əvvəlki ərəblər arasında 
da  mövcud  olduğu  söylənilir.  Müfəssirlər  “lə  uqsimu”  şəklində 
iş lənən andın bu növü barədə müxtəlif fikirlər səsləndirmişlər ki, 
bun lar aşağıdakılardır:
a.  Bu  ifadədəki  “lə”  ədatı  kəlamın  ahəngini  gözələşdirmək 
üçün işlənmişdir. Bu nəfy ədatı olmayıb ziyadə hərfdir. Lakin Razi 
bu görüşə qarşı çıxmışdır.
b.  Qəsəm felinin  əvvəlindəki bu  ədat təkid  üçün yazılmışdır. 
Yəni andı qüvvətləndirmək üçün buraya qoyulmuşdur. 
c. Bu ədat nəfy ədatıdır. Lakin bu iki mənada işlənə bilər. Bu 
ədat  ya,  özündən  əvvəlki  kəlama  inkar  mənası  verir.  Məsələn, 
Qiyamə surəsinin ilk aysəindəki “lə” ədatı, müşriklərin öldükdən 
sonra dirilmə haqqındakı inkarlarını rədd edərək, “Xeyr! Məsələ heç 
də sizin söylədiyiniz kimi deyil, qiyamət gününə və özünü qınayan nəfsə 
and içirəm ki, insan onun sümüklərini bir yerə toplayamayacağımızımı 
zənn edir?” şəklində bir məna ortaya qoyur. Və yaxud da bu nəfy 
ədatı, önündə gəldiyi qəsəmə (and) inkar mənası verir. Bu görüş 
Əbu Müslim İsfəhaninin görüşüdür. Ona görə yuxarıdakı ayənin 
mənası belə olur: “Qiyamət gününə və özünü qınayan nəfsə and içməyə 
belə  ehtiyac  olmadan  deyirəm  ki,  əgər  insan  onun  sümüklərini  bir  yerə 



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin