Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə160/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   281
1. Əqli məcaz (əl-Məcazul-əqli)
Hər hansı bir hərəkətin o hərəkəti edənə deyil, başqasına isti-
nad edlməsinə əqli məcaz deyilir. 


TƏFSİR ÜSULU VƏ TARİXİ
140
  َنيِدَتْهُم ْاوُن َك اَمَو ْمُ ُتَراَ ِّت تَ ِبَر اَمَف
 “... Onların bu alış-verişi xeyir gətirmədi və onlar doğru yol tutan 
olmadılar”
182
 ayəsində məcazın bu növü vardır. Burada fail (iş görən) 
ticarətdir”.  Ancaq  ticarətin  xeyir  gətirib-gətirməməsi  ticarətlə 
məşğul olan insanla bağlıdır. “Onların bu alış-verişi xeyir gətirmədi” 
ifadəsindən məqsəd “onlar, bu alış-verişlərindən xeyir götürmədilər ” 
deməkdir.
  َباَبْسسَ ْلا ُغُلْبَا  ٖیّلَعَل اًاحْ َص  ٖیل  ِنْبا  ُناَماَه  َي  ُن ْوَعْرِف َلاَقَو
  ًابِذ َك ُهُّن ُظَ َل  ٖیّنِاَو  ٰىسوُم ِ ٰىلِا  ٰىلِا َعِلَّاطَاَف  ِتاَوٰىم َّاسلا  َباَبْسسَا
“Firon (istehza ilə) dedi: “Ey Haman! Mənim üçün bir uca qəsr tik 
ki, bəlkə, yollara yetişim. Göylərin yollarına (yetişim) və Musanın Alla-
hını görüm (Ona vaqif olum). Doğrusu, mən onu yalançı sayıram!.....”
183
 
ayəsində də məcazın bu növündən istifadə olunmuşdur. Çünki, “Ey 
Haman! Mənim üçün bir uca qəsr tik” sözü həqiqi mənada işlənsəydi 
o zaman Hamanın sanki bu qəsri öz əlləri ilə tikməsi başa düşü-
lür. Halbuki bu belə deyildir. Buradakı ifadə məcazi məna da olub, 
qəsd olunan həqiqi məna belədir: “Ey Haman! Mənim üçün bir uca 
qəsr tikdir.”
2. Lüğəvi məcaz
Bütün zikr olunaraq cüz, cüz zikr olunaraq da bütünün qəsd 
edilməsinə lüğəvi məcaz deyilir.
...  ِتْوَمْلا  َرَذَح  ِقِعاَو َّاصلا َنِّم مِ ِناَذآ�  ِف ْمُهَعِبا ْصأَ�  َنوُلَعْ َي ...
“... O münafiqlər ildırımlardan gələcək ölüm qorxusu ilə barmaqlarını 
qulaqlarına tıxarlar...
184
 ayəsində bütün zikr edilmiş, ancaq cüz qəsd 
182  Bəqərə, 2/16.
183  Mömin, 40/36-37.
184  Bəqərə, 2/19.


QURAN ELMLƏRİ
141
edilmişdir.  Çünki  ayədə  “barmaq  ucları/ənamil”  kəlməsinin  yerinə 
barmaq/əsabi” kəlməsi işlədilmişdir. 
Cüzün zikr edilib bütünün qəsd edilməsinə gəlincə buna da 
…ٍةَبَقَر  ُريِرْحَتَف ... 
 “... Bir boyunu hürr etmək lazımdır...”
185
 ayəsini misal verə bilərik. 
Buradakı  “rəqabəh”  sözündən  məqsəd kölənin  şəxsidir  və  burada 
köləyə hürriyətinin verilməsi nəzərdə tutulmuşdur.
Bu  sahədə  Əbu  Übeydə  Mamər  ibn  əl-Müsənnanın  (vəfa tı 
210/825) “Məcazu -Quran” və Əbdüləziz ibn Əbdissəlamın (və fa tı 
660/1262) “əl-İşarə iləl icaz fi bədi ənvail məcaz” adlı əsərləri vardır.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin