TƏFSİR ÜSULU VƏ TARİXİ 134
d. Bütün peyğəmbərlərin eyni şeyi təbliğ etdiklərini, İslamın beynəlmiləliyini göstərmək. Tarix boyu bütün peyğəmbərlər Allahın varlığını və birliyini
təbliğ edib bəşəriyyəti şirkdən uzaqlaşdırmağa çalışmışlar. Ənbiya
surəsinin 48-92-ci ayələri buna ən gözəl nümunədir. Bu ayələrdə
Ona ortaq qoşulan tanrıların, başqa cür ifadə etsək, haqq və batilin
mücadiləsinə yer verilmiş, son ayədə də bu bəhs olunan şeylərin
qayəsinə toxunulmuşdur:
“(Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din ola- raq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!”
173