TƏFSİR ÜSULU VƏ TARİXİ 132
1. Qissələrin qayəsi Qissələrin əsas məqsədi “Quranın nüzul məqsədlərini həyata keçirməkdir”. Bundan başqa bu qissələrin başqa bir çox qayələri də
vardır ki, bunları aşağıdakı kimi sıralaya bilərik:
a. Hz. Mühəmmədin nübüvvətini isbat etmək. Bilirik ki, nə Hz. Peyğəmbər, nə də onun qövmü keçmiş pey-
ğəmbərlər və millətlər haqqında çox şey bilmirdilər.
“(Ya Rəsulum!) Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xə bərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gör dük- ləri (Yusifi quyuya atdıqları) zaman sən ki onların yanında deyil din!” 169 “(Ya Rəsulum!) Biz Musaya vəhy etdiyimiz (peyğəmbərlik bəxş edib Firon əhlinin yanına getməsini buyurduğumuz) zaman sən (Tur dağı- nın) qərb tərəfində (Musanı gözləyənlər arasında) deyildin. Sən (buna) şahid olanlardan da deyildin! (Sənin yəhudilərə və ərəb müşriklərinə bu xəbərləri doğru söyləməyin yalnız Allahdan nazil olan vəhylərdir!)” 170 “Lakin Biz (Musadan sonra) neçə-neçə nəsillər yaratdıq. Onlar uzun ömür sürdülər. (Vəhy kəsildi; bir çox xəbərlər unudulub getdi, şəriət təhrif olundu). Sən ayələrimizi onlara oxuyarkən Mədyən əhli arasında deyildin. (Sən Mədyəndə deyildin ki, onların əhvalını bilib Məkkə əhlinə xəbər verəsən. Buna görə də onlar sənin bu xəbərləri Mədyən camaatından öyrəndiyini deyə bilməzlər). Lakin Biz (bu əhvalatları onlara olduğu kimi xəbər vermək üçün səni) peyğəmbər göndərdik. [Və ya: Ancaq (bu xəbərləri sənə) göndərən Bizik].” 171 ayələrində bu xüsusiyyət açıq şəkildə dilə
gətirilmişdir. Hz. Mühəmmədin bu qisssələri bilmədiyi halda Qu-
ran vasitəsilə onları doğru şəkildə anlatması, onun Allahdan vəhy
aldığının ən əsas dəlillərindəndir.
169 Yusuf, 12/102.
170 Qəsəs, 28/44.
171 Qəsəs, 28/45.