BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI 199
demişdi. Onlar: “Bəli, biz şəhadət veririrk.”- demişdilər. (Bu ona görə idi ki,) siz qiyamət günü: “Bizim bundan xəbərimiz yox idi”- deməyəsiniz”
280
ayəsini simvolik olaraq təfsir etmişlər. Onlara görə Allah Adəm
oğlunun soyunu onların sülbündən çıxararaq onunla danışması
tamamilə təmsil və təsvirdən ibarətdir. Burada qəsd olunan Allahın
insana rübubiyyətinin və üluhiyyətinin dəlillərini təqdim etməsi
və insanların özlərinə nəzarət etmə mexanizmi olan ağılı da bu
hadisəyə şahid tutmalarıdır.
Bəzən mötəzili müfəssirləri ortaya qoyduqları qaydalara əks
olan səhih hədisləri inkar etmişlər. Bəzən də, “xəbəri-vahidə” qarşı
çıxa raq onu qəbul etməmişlər. Onlar ağıla çox əhəmiyyət verdikləri
üçün bəzi şeyləri inkar etmişlər. Məsələn, bu məzhəbə görə “sehr”
və “cadu” əslində cahil insanlara təsir etmək üçün bir vasitədir.
Fələq surəsindəki “düyümlərə üfürən qadınlar” ifadəsindən qəsd
olunan sehr edən qadınlar deyil, əksinə hiyləgər, nazları ilə kişiləri
fitnətyə salan qadınlardır. Mötəzili məzhəbinə mənsub alimlərin
bir çoxu eyni zamanda cinlərin varlığını da inkar etmişlər. Bundan
başqa onlar “xəlqul-Quran”, “rüyətullah”, “şəfaət” və “kəramət” kimi
mövzularda da bir çox məzhəblərədən fərqli düşünmüşlərdir.