Məşhur mötəzili təfsirlərə gəlincə bunlar aşağıdakılardır:
1. Əbu Müslim əl-İsfəhani (vəfatı-322/934), Camiut-təvil li
muhkəmit-tənzil.
2. Qazı Əbdülcəbbar (vəfatı-415/1024), Tənzihul-Quran anil-
mətain.
3. Əbul-Qasim əl-Mürtəza (vəfatı- 436/1044), Ğurəful-fəvaid və
dürərül-qəlaid.
4. əz-Zəməxşəri (vəfatı-538/1143), əl-Kəşşaf.
280 Əraf, 7/172.
TƏFSİR ÜSULU VƏ TARİXİ
200
2. Şiə təfsirləri
Şiəlik Hz. Peyğəmbərin vəfatından sonra xəlifəliyə Hz. Əli və
onun əhli-beytinin daha layiq olduğunu müdafiə edən qrupa verilən
addır. Bu məzhəbi digər məzhəblərdən ayıran əsas nöqtə “imamət”
məsələsidir. Bu məzhəb öz içərisində Zeydiyyə, İsmailiyyə,
İmamiyyə kimi bir çox qollara ayrılır. Lakin şiə məzhəbləri arasın-
da ən böyük məzhəb İmamiyyə (Cəfəri) məzhəbidir. Buna görə də
biz bu məzhəbin təfsir anlayışını ələ alacağıq.
İmamiyyə məzhəbinin təfsir anlayışını açıqlamadan əvvəl onun
inanc əsasları üzərində durmaq lazımdır. Əhli-sünnə və şiə məz-
həbləri tövhid, nübüvvət və məad kimi inanc əsaslarında eyni gö-
rüşlərə sahibdirlər. Lakin bu məzhəblər arasında bəzi fərqli cəhətlər
də vardır ki, bunların da başında imamət inancı gəlir. İmamət inan-
cı ilə əlaqədar daha dörd məsələ vardır. Bunlar ismət, mehdilik,
ricət və təqiyyədir.
a. İmamət: İmam dini və dünyəvi liderdir. Şəriətin qorunması
məsələsində Hz. Peyğəmbərin vəkilidir.
b. İsmət: İmam Peyğəmbər (s.ə.s) kimi zahirdə və batində doğu-
luşundan vəfatına qədər bütün pis şeylərdən məsumdur.
c. Mehdilik: Yerüzünə zülm və ədalətsizlik hakim olduqdan
sonra Mehdi zühur edəcək və dünyaya ədalət gətirəcəkdir.
d. Ricət: Gözlənən imam gəldikdən sonra Allah-təala ölənlərin
bir hissəsini öldükləri şəkildə yenidən dirildəcək, onların bəzilərini
yüksəldəcək, bəzilərini isə alçaldacaqdır. Kimin haqlı, kimin də
haqsız olduğunu ortaya çıxaracaqdır.
e.Təqiyyə: Cəmiyyətdən və ya hər hansı bir fərddən müxtəlif
şəkillərdə qorunmaq, mənsub olduğu məzhəbi, o məzhəbin ma-
|