BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI 203
6. Mir Məhəmməd Kərim Bakuvi, Kəşfül-Həqayiq an Nükətil Ayəti vəd Dəqayyiq Daha əvvəl də bəhs etdiyimiz bu əsər üç cilddən ibarət olub
həmyerlimiz Məhəmməd Kərim Bakuvi tərəfindən yazılmışdır.
3. Xaricilərin təfsiri Əvvəlcə Hz. Əliyə yardım edən, daha sonra isə “təhkim hadi- səsində” Əbu Musa əl-Əşərini hakim təyin etdiyi üçün küfrə düşdü-
yü qənaətinə gələrək ona müxalif olan qrupa “Xaricilər” deyilmşdir.
Xaricilər Quranın zahirini əsas almışlar. Quran ifadələrindəki
əsas məqsədləri gözardı etmişlər. Məsələn, onlara görə bir adam
bir yetimin malından az miqdarda yesə belə Nisə surəsinin 10-cu
ayəsində buyurulduğu kimi onun cəhənnəmdə yanması vacib olar.
Ancaq o adam yetimi öldürər və ya qarnını yarasrsa o cəhənnəmdə
yanmaz. Çünki bu barədə nəss yoxdur. Bundan başqa xaricilər
əməlin imanın bir parçası olduğunu söyləmişlər. Buna görə də
əməli tərk edən imanı da tərk etmişdir.
Xarici məzhəbinə aid təfsirlər olduqca azdır. Bir də bu məzhə-
bin sadəcə İbadiyyə qolu günümüzə qədər gəlib çatmışdır. Ən məş-
hur İbadiiyyə təfsiri Məhəmməd İbn Yusif İftiyyeşin (vəfatı- 1332/
1914) “Himyənuz-zad ilə dəril-məad” təfsiridir.
C. Elmi təfsir Bu təfsir cərəyanı Quranda müxtəlif elmlərə, kəşf və icadla-
ra işarə olunduğu fikrindən meydana çıxmışdır. Mənbələrin bil-
dirdiyinə görə elmi təfsir dirayət təfsirinin doğuşu ilə ortaya çıx-
mışdır ki, bu da daha çox Abbasilər dövrünə təsadüf edir. Elmi
təfsiri sistemli olaraq ilk dəfə ələ alan əl-Qəzali (vəfatı-505/1111)
olmuşdur. O bu sahədə “Cəvahirul-Quran” adlı əsər meydana
gətirmşdir.