BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI
211
ların atdıqları palçıqdan hazırlanan daşları da mikrob kimi təvil et-
mişdir.
İctimai təfsir məktəbinə mənsub olan bazı alimləri və onların
əsərlərini aşağıdakı kimi sıralamaq olar:
1. Məhəmməd Abduh (vəfatı-1323-1905),
Təfsiru cüzi- ammə.
2. Rəşid Rıza (vəfatı-1354/1935),
Təfsirul-Quranil-həkim. Bu təfsir
eyni zamanda “
Təfsirul-mənar”da adlandırılır. Rəşid Rza bu təfsiri,
Nisə surəsinin 145-ci ayəsinə qədər Məhəmməd Abduhn açıqlama-
ları əsasında yazmış, Abduhun vəfat etməsindən sonra isə təfsiri öz
təfsir anlayışına görə davam etdirmişdir. Ancaq bu əsər Rəşid Rza
vəfat etdiyi üçün tamamlanmamışdır. Quranın on iki surəsini əhatə
edən bu təfsir on iki cilddən ibarətdir.
3. əl-Məraği (vəfatı-1364/1945),
Təfsirul-Məraği.
4. Seyyid Qütb (vəfatı-1906/1966),
Fizılalil-Quran.
Dostları ilə paylaş: