BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI 207
“... Allah sizə zahir və batin nemətlərini bol-bol ehsan eylədi ...”
291
ayələri bu ayələrdəndir.
Mütəsəvvüflər Hz. Peyğəmbərdən gələn hədislər içərisində
də batini mənaya işarə edən hədislərin var olduğunu söyləmişlər.
Məsələn onlar, “Əgər siz mənim bildiklərimi bilsəydiniz, az gülər çox ağlayardınız”
292
hədisinin buna dəlalət etdiyini iddia etmişlər.
İşari təfsirin məqbul olamsı üçün bəzi şərlər vardır ki, onları belə sadalaya bilərik: 1. Batini məna zahiri mənaya zidd olmamalıdır.
2. Batini mənanın doğru olduğunu göstərən başqa bir nəss və
ya dəlil olmalıdır.
3. Batini mənaya müxalif hər hansı bir şəri və əqli dəlil olma-
malıdır.
4. Sadəcə batini mənanın doğru olduğu söylənməməlidir.
İşari təfsirin ilk təmsilçiləri Həsən əl-Bəsri, Cəfər Sadiq və Ab-
dullah ibn Mübarək hesab olunur. Təsəvvüfün tam olaraq forma-
laşmadığı dövrdə yaşayan bu alimlər sadəcə Quranın bəzi ayələrini
işari şəkildə təfsir etmişlər. O dövrdə hər ayədən deyil, bəzi
ayələrdən batini mənalar çıxarılırdı. Lakin Quranın geniş mənaları
əhatə etdiyi fikri yayıldıqca, hər ayədən batini mənaların çıxarıla
biləcəyi qənaəti hasil olmağa başladı. Bu fikri mənimsəyənlər belə
düşünürdülər: Quran Allahın kəlamıdır. Kəlam da Allahın sifətidir.
Allahın sifətlərinin sonu olmadığı kimi, kəlamının da sonu yoxdur.
Ancaq Allah vəli qullarının qəlbinə bu kəlamın nə qədərini açmış-
sa, o qədərini anlaya bilərlər.
291 Loğman, 31/20.
292 Buxari, əl-Küsuf, ən-Nikah, 107.