BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI 213
da yerləşən mədənlərdəki yataqlardan düzəldən Hz. Davuda bu
mədənlərin göstərilməsi kimi təvil etmişdir.
Bundan başqa klassik modernistlər Qurandakı siyasət, hüquq,
iqtisadiyyat və s. kimi insan həyatı ilə bağlı olan əmr və qadağa-
ları və bu qadağalara əməl etməyənlər barəsində müəyyən edilən
cəzaları ya ilahi tövsiyələr kimi, ya da tarixi bir hadisə kimi izah
etməyə çalışmışlar.
2. Çağdaş modernist təfsir Bu təfsir növünün ilk nümayəndəsi pakistanlı alim Fazlur
Rəhamandır. Onun əsas məqsədi, İslamın əsəs təməlləri olan Qu-
ran və onun praktiki izahı olan sünnəni yenidən şərh edərək onu
hə yatın içərisinə daxil etməkdir. Ona görə Quran tarixi bir mətndir.
Ta rixi şərtlər dəyişdikdə Qurandakı hökmlərdə fərqli şəkildə təfsir
edilə bilər.
O, Quranı anlama mövzusunda yeni bir metod ortaya atmış-
dır. Bu metoda görə biz Quranı anlamaq üçün öncə onun na-
zil olduğu dövrə getməli, ayələri o dövrün şərtləri çərçivəsində
dəyərləndirməli, sonra isə günümüzə geri dönərək onun şərtləri
çərçivəsində Quranı yenidən təfsir etməliyik.
Çağdaş modernizmin bir digər nümayəndəsi də milliyətcə fran-
sız olan Rocer Qarodidir. O da Fazlur Rəhman kimi Quranın tarixi bir
mətn olduğunu söyləmişdir. Onlara görə Quranı yaşadığımız əsrdə
nazil olduğu kimi deyil, ilahi qanunun məqsədləri çərçivəsində
onun prinsiplərini təsbit edərək ona görə şərh etməliyik.
Quran müəyyən bir vaxtda və müəyyən şəraitdə nazil olduğu
və bəzi nəsslər də müxtəlif səbəblərə görə endirildiyi üçün onun
müəyyən bir dövrün izlərini daşıması labüddür. Ancaq buradan
yola çıxaraq Quranın tamamilə tarixi bir mətn olduğunu iddia etmək