Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə247/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   243   244   245   246   247   248   249   250   ...   281
TƏFSİR ÜSULU VƏ TARİXİ
214
doğru deyildir. Çünki Quran nazil olmadan əvvəl Lövhi-Məhfuzda 
bir bütün kimi vardı. “Xeyr! Quran onların iddia etdikləri kimi bəşər 
sözü deyildir. O, Lövhi-Məhfuzda olan çox şərəfli bir Qurandır
294
 ayəsi 
də bunu göstərir. Ona bir tarixi mətn kimi baxsaq o zaman onun çox 
hissəsini təşkil edən beynəlmiləl nəssləri, az miqdarda olan məhəlli 
nəsslərə fəda etmiş olarıq ki, bu da Qurana haqsızlqdan başqa bir 
şey deyildir. 
G. Əhkam təfsirləri
İbadət, müamilələr və cəzalarla əlaqəli olan ayələri izah edib onlardan 
hökm çıxarmağa çalışan təfsir metoduna əhkam təfsiri deyilir”. Əhkam 
təfsirinin  əsas  mövzusu  adından  da  göründüyü  kimi  əhkam 
ayələridir. Ancaq bu təfsir sahəsində fikir irəli sürən İslam alimləri 
Qurandakı  əhkam  ayələrinin  sayı  haqqında  müxtəlif  rəqəmlər 
söyləmişlər. Qəzzali və Raziyə görə Quranda belə ayələrin sayı 500-
dür. Bəzi alimlər isə bu ayələrin sayını 800-ə çıxarmış, bəziləri isə 
əksinə onları 200-ə qədər azaltmışdır. Bu ayələrin sayı barədə belə 
müxtəlif  rəqəmlərin  söylənilməsinin  əsas  səbəbi,  bu  ayələrin  bir 
hissəsində hökmlərə açıq şəkildə, bir hissəsində isə -qissə və əmsal 
kimi – dolaylı olaraq yer verilməsidir. Əhkam ayələri iki yerə bölü-
nür: 
1. İçərisində əhkamın olduğu açıq şəkildə ifadə edilən ayələr.
(Bəqərə, Nisə, Maidə, Ənam surələrində bu növ ayələr çoxdur).
2. Birbaşa hökm ifadə etməyən, ancaq istinbat (hökm çıxarma) 
yolu ilə hökm çıxarılan ayələr. Bunlar da öz aralarında, başqa bir 
ayəyə müraciət etməyə ehtiyac olmadan hökm çıxarıla bilən ayələr 
və başqa bir və ya bir neçə ayənin köməyi ilə hökm çıxarılanlar ol-
maqla iki yerə ayrılırlar.
294  Buruc, 85/21-22.



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin