2. Anlamanın mərhələləri a. Mətni hərfi/ləfzi mənada anlamaq Bir mətn hansı dildədirsə əvvəlcə o dilin xüsusiyyətlərinə və
qaydalarına görə başa düşülməlidir. Bu da mətnin dil baxımın-
dan təhlil olunmasını lüzumlu edir. Mətn tarixin müəyyən bir
dövründə ortaya çıxmışsa, onun başa düşülməsi üçün dilin tarixi
inkişafı tədqiq olunmalıdır. Çünki dil, daim dəyişir. Buna görə də
Quranı anlamaq üçün onun nazil olduğu dövrdəki Hicaz bölgəsinin
ərəbcəsini müxtəlif yönləri ilə araşdırmağa ehtiyac vardır.