b. Sözün söyləndiyi mühit Bir sözün və ya mətnin anlaşılması üçün sözün söyləndiyi yer,
zaman, sözün söyləndiyi insanların psixoloji, zehni, əxlaqi, dini, iq-
tisadi, siyasi, sosial və digər vəziyyətlərini bilmək vacibdir.
c. Sözün söylənməsini zəruri edən səbəb və sözün məqsədi Danışan bir səbəbə görə danışır. Yəni sözün söylənmə və ya-
zılmasının insanda daxili və xarici səbəbləri vardır. İnsanlar bəzən
rahatlamaq üçün bir şey söylər və ya yazar. Bəzən başqalarının
ehtiyaclarına cavab olsun deyə danışar. Bəzən isə digər insanları
xəbərdar etmək, onlara öyüd-nəsihət vermək, bəzən onlara olan sev-
gisini dilə gətirmək, hirsini boşaltmaq üçün və yaxud da digərlərini