QURANIN ANLAŞILMASI VƏ TƏFSİR OLUNMASI
223
tab olan Quranın günümüzdəki cəmiyyətlərlə əlaqəsini sürdürmək
üçün, onu günümüzün şərtləri çərçivəsində yenidən ələ açıqlama-
lıyıq. Ancaq bu əlaqənin doğru və düzgün tənzimlənməsi elmi və
zehni səviyyəyə bağlıdır.
Bundan başqa keçmişdə o dövrün elmi və zehni anlayışına
görə təfsir olunan ayələr, günümüzün elmi və fikri anlayışlarına
görə yenidən izah olunmalıdır. Quranın anlaşılması və açıqlanması
üçün müasir elmin, texnikanın, iqtisadi, sosial, dini və s. anlayışla-
rın ciddi şəkildə tədqiq olunması lazımdır.
Bütün bu söylənənlərdən başa düşürük ki, Quran üzərində
qrammatik təhlillərlə yanaşı, Quranın aid olduğu dövrü və ictia-
mi sahəni araşdırmaq onun anlaşılması üçün son dərəcə əhəmiyyət
daşıyır.
Dostları ilə paylaş: