1. Quranı anlama və təfsir etmədə üç əsas sahə a. Quran mətninin nazil olduğu tarixi sahə Bu sahədəki araşdırmalar üç istiqamətdə aparıla bilər:
1) Quranın nazil olmasından əvvəlki dövrün tədqiqi Quranın bir çox yerində əvvəlki peyğəmbərlərin və toplumla-
rın qissələrindən bəhs olunur. Quran keçmiş cəmiyyətlərin başına
gələn hadisələrdən bəhs edərkən onların yaşadıqları bölgələrin
hələ də gözlər önündə olduğunu bildirir. Keçmiş cəmiyyətlərin
mədəniyyət qalıqları sonrakı nəsillərin ibrət almaları üçün böyük
əhəmiyyət kəsb edir. Lakin Quran bu mövzuları geniş şəkildə ələ