QURANIN ANLAŞILMASI VƏ TƏFSİR OLUNMASI 221
ranın nə üçün Ərəbistan yarımadsında nazil olduğunu öyrənməyə
imkan verəcəkdir.
2) Quranın nazil olduğu dövrün tədqiqi Quranı təfsir edərkən, nüzul dövründə Ərəbistan yarımada-
sında baş verən hadisələri, ərəb cəmiyyətindəki prosesləri və o
cəmiyyətin ehtiyaclarını, Ərəbistan yarımadasındakı siyasi, iqtisa-
di, dini və əxlaqi vəziyyəti bilmək son dərəcə vacibdir. Çünki vəhy
məhz bu dövrdə gəlmişdir və cəmiyyətdə köklü dəyişikliklər bu
dövrdə baş vermişdir. Allah təala ayələri bu cəmiyyətdəki proseslərə
paralel olaraq endirmişdir. Bu dövrün dərindən incələnməsi Qura-
nın təfsirində üzümüzə yeni qapılar açacaqdır.
Ayələrin nüzul səbəbini bilmənin Quranın açıqlanmasında
böyük rolu olduğunu bilirik. Məsələn, Bəqərə surəsinin 189-cu
ayəsində belə buyurulur:
“(Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir. Evlərinizə (Cahiliyyət dövründə olduğu kimi) arxa tərəfdən girməniz yax- şı iş deyildir. Yaxşı iş (pis əməllərdən) çəkinən kimsənin əməlidir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, nicat tapasınız!” Mənbələrdə bildirilir ki, cahiliyyə dövründə və İslamın ilk
illərində kim həcc və ya ümrə üçün ehram geyərdisə evinə qapısın-
dan girməzdi. Şəhərdə oturanlar isə evlərinin arxasından deşik açar
və ordan evlərinə girərdilər. Ehramlarını çıxarana qədər qapıdan
girməzdilər. Bəqərə surəsinin 189-cu ayəsində bu davranışın yax-
şılıqla, əxlaqlı olmaqla bir əlaqəsinin olmadığı bildirilir və bundan
vaz keçilməsi istənilir.