QURANIN ANLAŞILMASI VƏ TƏFSİR OLUNMASI 227
b. Elmi səviyyədəki fərqlilik İnsanlar hər hansı bir hadisəni, sözü və ya mətni öz elmi
səviyyələrinə görə qiymətləndirir və ya izah edirlər. Hər kəsin elmi
səviyyəsi eyni deyildir. Hər fərd fəqli mühitdə yetişir.
Quran müəyyən bir dövrdə nazil olduğu üçün sonrakı insan-
lar onu anlamaq üçün elmi araşdırmalar aparmaq məcburiyyə-
tindədirlər. Tarixdə müfəssirlər, kəlamçılar, filosoflar hər zaman
Quranı öz elmi səviyyələrinə görə anlamışlar. Günümüzdə də Qu-
ranı anlama və izah etmədə, elmi səviyyədəki fərqliliklər müxtəlif
anlayış tərzlərinin doğmasına səbəb olur. Bu məsələdəki subyek-
tivliyi ortadan qaldırmaq üçün elm və fikir adamları elmi və fikri
araşdırmalarını daha yüksək səviyyəyə çıxarmalıdırlar.