TƏFSİR ÜSULU VƏ TARİXİ 224
Bu sahədə yazılmış ən yaxşı və sistemli kitab Rağıb əl-İsfəhaninin
“əl-Müfrədat fi Ğəraibil-Quran” adlı əsəridir. Bu əsərdə kəlmələrin
Quranda keçdiyi yerlərə görə gəldiyi mənalarla bağlı məlumatlar
verilmişdir.
Kəlmə və ifadələri əvvəlcə cümlə bütünlüyü içərisində anla-
maq lazımdır. Bir ayə hər zaman sadəcə bir mövzu ilə bağlı olma-
sa da, bir mövzunun əhatəsi dairəsindədir. Bəzi kəlmələr Quranın
müxtəlif yerlərində fərqli mənalara gələ bilir. Biz bu fərqlilikləri
ayənin mövzusu və ya ayələr toplusu çərçivəsində təsbit edə bili-
rik. Məsələn, “din” kəlməsi belə kəlmələrdən biridir. Bu kəlmə bəzi
ayələrdə “din”, bəzi ayələrdə isə “cəza” mənalarına gəlir.
Bir kəlmənin ayə çərçivəsndə anlaşılmasına bu misalı verə
bilərik: Bəqərə surəsinin 275-ci ayəsinin əvvəlində faiz yeyənlərin,
qiyamət günü şeytan vurmuş şəkildə dirildiləcəkləridən bəhs olu-
nur, ancaq ayənin davamında onların bu vəziyyətə düşmələrinin
səbəbi üzərində durulur və Allah, ticarəti halal, faizi isə haram etdi-
yi halda, bu insanların ticarəti faizlə eyni tutduqları, bu ikisi arasın-
da fərq qoymadıqları üçün şeytan vurmuş şəkildə dirildiləcəkləri
bildirilir. Əgər biz bu ayənin davamını diqqətə almadan ilk hissəsini
anlamağa çalışsaq, fərqli bir nəticə əldə edərdik.
Bir kəlmənin ayələr toplusu çərçivəsində anlaşılmasına misal
olaraq isə Şüəra surəsinin 19-cu ayəsində keçən və Fironun Hz. Mu-
saya söylədiyi bu sözləri verə bilərik: “Axırda elədiyini də elədin (bir qibtini vurub öldürdün). Sən nankorun birisən!.” O, bu sözlərlə Hz. Mu-
sanın bir misirlini öldürməsini qəsd edir və “ və əntə minəl kafirin”
ifadəsi ilə Hz. Musanın nankor olduğunu dilə gətirir. Bu ayədən
əvvəlki ayədə Firon, Hz. Musaya uşaqlıqda onu böyütdüyünü və
uzun müddət yanında saxladığını deyir. Buna görə də buradakı
“kafirin” kəlməsi “nankorluq edənlər” şəklində tərcümə edilmiş-