2. Subyektivliyin oxuyucudan qaynaqlanması a. Məzhəbi fərqliliklər Quran təfsirində subyektivliyə yol açan səbəblərdən biri də
məzhəb fərqlilikləridir. Tarixdə siyasi, iqtisadi, mədəni və sosi-
al dəyişikliklər İslam cəmiyyətində fərqliliklərin ortaya çıxma-
sına səbəb olmuşdur. Məzhəblər öz etiqadlarının doğruluğu-
nu göstərmək üçün Qurana müraciət etmişlər. Çünki Quran,
müsəlmanların ən güclü qaynağı idi. Ona görə də hər məzhəbin
alimi ondan dəstək axtarırdı. Bütün məzhəblər öz görüşlərini Qura-
na təsdiq etdirmək isəmişlər. Buna görə də deyə bilərik ki, Quranın
izahında subyektivliyə yol açan əsas səbəblərdən bir məzhəbçilik
olmuşdur.