TƏFSİR ÜSULU VƏ TARİXİ
226
Quran mütəşabeh ayələrdə bəşəri və simvolik dildən istifadə
edir. Bu üslüb müxtəlif izahlara imkan verir. Bundan başqa Quran-
da bəzi qeyb hadisələrindən bəhs olunur. İnsanlar bu hadisələrin
şahidi olmadıqları üçün onlara fərqli şəkildə məna verə bilərlər.
Quranda nazil olduğu dövrün ərəb cəmiyyətinin fərdi və icti-
mai məsələlərinə dair cavablar, öyüd-nəsihətlər, əmrlər, qadağalar
da oxuyucuların fərqli anlamalarına gətirib çıxardır.
Quran ərəb dilində nazil olsa da, o, bütün insanlara xitab edir.
O elmi səviyyəsi ən aşağı olanlardan filosof və digər elm adamla-
rına qədər hər kəsə səslənir. Bundan başqa insanların xarakterləri,
şüurları, ehtiyacları, zövqləri, zehinləri fərqli olduğu üçün Quran
bu fərqlilikləri də nəzərə almışdır. Hər kəs öz nöqteyi-nəzəri ilə Qu-
randa bir şey tapa bilər. Quranın bir elm və ya fəlsəfə kitabı kimi
müəyyən bir kütləyə xitab etməməsi və bütün insanlara xitab edən,
onları maraqlandıran bir kitab olması onun fərqli izah olunmasına
aparıb çıxaran başqa bir səbəbdir.
Dostları ilə paylaş: