H. Fəlsəfi təfsir Müsəlman filosoflar Qurani-kərimi başdan-sona qədər təfsir et-
məmişlər. Ancaq onlar Qurandaki bəzi ifadə və kəlmələr haqqında
fikir yürütmüşlər. Quranı təfsir edən filosoflara misal olaraq İbn
Sina (vəfatı-1037), Fərabi (vəfatı-950) kimi filosofları və “İxvanus- Səfa” cərəyanına mənsub alimləri göstərə bilərik.
Filosofların vəhyə və peyğəmbərliyə baxışı fərqli olduğu üçün
onlar Quranı təfsir edərkən daha müstəqil hərəkət etmişlər. Mə-
sələn, İbn Sina vəhyi Hz. Peyğəmbərin Cəbrayılla danışması kimi
izah etmir. Ona görə vəhy insanlara verilən “sezgi qüvvəsidir”. O,
Quranın rəmzlərdən ibarət olduğunu və bu rəmzləri də ancaq özü
kimi xəvass alimlərinin
295
anlayacağını söyləmişdir.
295 Dərin elm sahibləri