TƏFSİR ÜSULU VƏ TARİXİ 210
İslamın ağıla çox əhəmiyyət verdiyini söyləyərək təfsirdə ağıla çox
yer verməyə başladılar. Buna görə də bu təfsir məktəbi “müasir mötəzili məktəbi” adlandırılmışdır.
Elm adamları bu təfsir məktəbinin məqbul və qeyri-məqbul
yönlərinin olduğunu söyləmişlər:
1. Məqbul sayılan yönlər a. Bu təfsir məktəbinin ən əsas xüsusiyyəti təfsirdə hər hansı bir
məzhəbin təsiri altında qalmamaqdır.
b. İsraili rəvayətləri tənqid etmələri, zəif və uydurma hədislərə,
bidət və xurafat sayılan məlumatlara təfsirlərində yer verməmələri
də bu təfsir məktəbinin məqbul hesab edilən cəhətləridir.
c. Təqlidə qarşı çıxması da bu məktəbin müsbət cəhətlərindən
hesab olunur.
d. Bu təfsir məktəbinə mənsub müfəssirlər öz təfsirlərində lü-
zumsuz məlumatlara yer verməmişlər.
e. Sosial məsələləri ələ almaları, cəmiyyətin hidayət və irşadını
əsas məqsəd saymaları bu məktəbin başqa bir müsbət cəhətidir.