TƏFSİR ÜSULU VƏ TARİXİ 208
Beləliklə tabeun və ətbəut-tabeun dövründən sonra işari təfsir
sistemli şəkildə formalaşmışdır. İşari təfsirin sistemleşməsində ən
böyük rolu Səhl b. Abdullah ət-Tustəri (v. 283/896), Cüneyd Bağda-
di (v. 298/910) və Məhəmməd b. Musa əl-Vasiti (v. 331/942) oyna-
mışdır.
İşari təfsir yazan ilk müfəssir İbn Ata (v. 309/922) hesab olunur.
Ancaq onun əsəri günümüzə qədər gəlib çıxmamışdır.
İşari təfsirin inkişafına ən böyük təkan isə Əbu Abdurrəhman
əs-Süləminin (v. 412/1021) qələmə aldığı “Həqiqətut-Təfsir” adlı əsəri
olmuşdur. Süləmi bu əsərdə özündən əvvəlki mütəsəvviflərin təfsir
və təvillərini toplamışdır. Buna görə də bəzi alimlər Təbərinin za-
hiri təfsir sahəsində gördüyü işi, Süləminin batini təfsir sahəsində
gördüyünü söyləmişlər.
İşari təfsirin inkişafında önəmli rolu olan alimlərdən biri də əl-
Qəzzalidir (vəfatı-505/1111). O, “Ehyau-Ülumid-Din” və “Cəvahirul- Quran” adlı əsərlərində Quran ayələrinin batini mənasına geniş yer
vermişdir.
Bu təfsir janrı Mühyiddin İbn Ərəbinin (vəfatı-638/1240)
gətirdiyi “vəhdətul-vücud” anlayışı ilə öz zirvəsinə çatmışdır. İbn
Ərəbi “əl-Fütühatul-Məkkiyyə”, “Füsusul-Hikəm”, “Kitabul-Qurbə”, “İşarətul-Quran fi aləmil-İslam”, “əl-Məqadisul-əsna”, “Fasilun-mufid fi təfsiril-Fatihə” adlı əsərlərində bir çox işari təfsir nümunələrinə
yer vermişdir. İbn Ərəbinin “əl-Cəm vət-təfsil fi əsraril-məani vət- tənzil” adlı Kəhf surəsinə qədər təfsir yazdığı söylənsə də, bu təfsir
günümüzə qədər gəlib çıxmamışdır.