B. Quranın nüzulundan əvvəl Məkkə və ətrafı Çöl iqliminin hakim olduğu Məkkə və ətrafında həyat şərtləri
çox çətin idi. İctimai vəziyyət bu şərtlərə görə formalaşmışdı. Roma
tarixçisi Strabon ərəblər haqqında bunları söyləyir: ”Onların bir
hissəsi köçəri həyat tərzi sürərkən, aralarında kiçik qəsəbələr salan
əkinçilər də var idi. Bu insanla dəvələrinin südü və əti ilə qidalanır,
onlarla səyahətə çıxır və savaşırdılar.” Bu şərtlər ərəb ailəsində patri-
arxizmi ön plana çıxarmışdı. Bu, Qurani-kərim də dilə gətirilmişdir
(bax. Müddəssir, 74/13; Qələm, 68/149). Həm də belə bir vəziyyətdə
rəqabət apara bilmək üçün ailə və soy əlaqələri çox güclənmişdi.
Bəzən güclü qəbilələr zəif qəbilələri öz himayəsinə alır, ittifaqlar
qurur və digər qəbilələrlə müharibələr aparıdılar.
İctimai quruluşda ən üst təbəqəni yerli ərəblər tuturdu. O
dövrdə qəssablıq, bərbərlik, şərabçılıq və digər sahələr inkişaf et-
mişdi.