TƏFSİR ÜSULU VƏ TARİXİ 12
1. Məkkə, Qüreyş və Peyğəmbərimizin ailəsi Peyğəmbərimizin mənsub olduğu Qüreyş qəbiləsini Məkkədə
və hətta o bölgədə məşhurlaşdıran şəxs, Rəsulullahın beşinci
nəslindən babası olan Qusay B. Kiləb olmuşdur. Qusay Məkkəni
din və ticarət mərkəzi halına gətirmişdir. O, həcc ziyarətinin
müqəddəsliyini daha da artırmaq üçün fərqli yerlərdə olan bütlərin
hamısını Kəbədə topladı. Bundan başqa Qüreyşə aid məsələləri
müzakirə etmək üçün ağsaqqallardan ibarət “Darun-Nədvə”
məclisini qurdu. Müharibənin mübah və haram olduğu ayların ela-
nı, ticarət karvanlarının göndərilməsi kimi mühüm qərarlar burada
alınır, eyni zamanda nikah, sünnət və s. mərasimlər də burada ke-
çirilirdi. Karvanlar buradan yola çıxar və təkrar bura qayıdardı. Ha-
ram ayları (rəcəb, zülqaidə zülhiccə və məhərrəm) xüsusi əhəmiyyət
daşıyırdı. Bu aylarda müharibələr dayanır və bunun nəticəsində
də ticarət həyatı canlanırdı. Məhz bu aylarda həcc ziyarətləri olur,
Ukaz yarmarkaları qurulur, hər kəs ticarət və sənətkarlıqla məşğul
olurdu. Şairlər və xətiblər öz ədəbi hünərlərini göstərirdilər. Kəbəyə
və həcc vaxtında hacılara Qusayın oğlanları xidmət göstərirdilər.
Daha sonrakı dövrlərdə Qusayın nəvəsi Haşim Suriyaya
gedərək Qüreyş karvanlarının təhlükəsizliyini təmin etmək üçün
Bizansla müqavilə bağladı. Haşimin yolunu izləyən qardaşları
Abduşəms, Müttəlib və Nofəl də Həbəşistanda Nəcaşi ilə, Yəməndə
Himyər kralı, İranda da farslarla müqavilələr bağladılar. Beləlilə
Qüreyş həm yay, həm də qış aylarında sərbəst şəkildə bu bölgələrə
karvan göndərməyə başladı. Yayda karvanlar Suriya və Fələstinə,
qışda isə Yəmənə, bəzən də Qırmızı dənizi keçərək Həbəşistana
göndərilirdi. Haşimin bu səyləri nəticəsində Məkkə böyük gəlir
əldə etdi və Qüreyş qəbiləsi zəngin bir qəbiləyə çevrildi. VII əsrdə
Qüryeşin içərisindən bir çox zəngin tacir ortaya çıxmışdı və onlar
Hind okeanı və Şərqi Afrika ilə Aralıq dənizi arasındakı ticarəti