Böyük Moğol imperiyasında cagir müsəlman zadəganlarına məxsus şərti torpaq sahibliyi idi.
III DƏRS
ÜMUMİ TARİX 7.SİNİF (PARAQRAF 11, 12, 13)
PARAQRAF 11. MONQOL DÖVLƏTİ
Monqollar qədim zamanlardan Mərkəzi Asiyanın geniş çöllərində yaşayırdılar. XII əsrdə monqollar arasında qəbilə münasibətləri dağılırdı. Yeni birləşmələr – ordular yaranırdı. Bu birləşmələr hərbi təşkilatlar idi. Onların başında – bahadırlar və noyonlar dururdular. Noyonlar hərbi dəstlərə başçılıq edirdilər. Getdikcə bahadır və noyonlar xan titulu alırdılar. 1206-cı ildə Onon qurultayı (geniş yığıncaq) çağırıldı. Qurultayda Temuçin xan – xaqan seçildi və Çingiz adlandırıldı. (1206-1227) Dövlətin paytaxtı Qaraqorum oldu. Çingiz xan tayfa başçılarını, hakimləri və noyonları yüzbaşı, tümənbaşı, minbaşı təyin etdi. Çingiz xanın hərbi taktikasının əsas cəhətləri – dəqiq kəşfiyyat materialları toplamaq, gözlənilmədən hücuma keçmək, onları əzmək idi. Monqolların qanunlar toplusu “Böyük Yasa” adlanırdı. Burada feodalların imtiyazları, mülkiyyət, vergi və idarəçilik sistemi öz əksini tapmışdı. Monqol dövləti hərbi demokratiyanı (ibtidai icma quruluşunun son dövründə yuxarı hərbi dairələrin tayfa işlərinə rəhbərlik etməsi) özündə birləşdirən feodal dövlət idi. Çingiz xan Sibir və Şərqi Türküstanı özünə tabe etdikdən sonra 1211-1215-ci illərdə Şimali Çini, 1219-1221-ci illərdə Xarəzmi işğal etdi. Çingiz xan imperatorluğu oğullarının sayına görə 4 ulusa (inzibati vahid) böldü.1235-ci ildə keçirilmiş Qaraqroum qurultayında “axırıncı dənizə” çatmaq üçün yeni yürüşlər etmək haqqında qərar qəbul olundu. 1241-ci ildə Leqnits döyüşündə monqollar Polşa və Alman qüvvələrini məğlubiyyətə uğratdılar. Çingizin nəvələri Batı xan və Hülakü xan monqolların ümumi mərkəzi Qaraqoruma tabe olan dövlətlər yaratdılar. Xubilay xanın dövründə paytaxt Pekinə (1264) köçürüldü. Çinin cənubu istila edildi. Xubilay xan Çində Yuan sülaləsinin əsasını qoydu. 1368-ci ildə Çində baş verən üsyan nəticəsində Yuan Monqol imperiyası süqut etdi.
QIZIL ORDU DÖVLƏTİ. XIII ƏSRİN 40-CI illərində (1243) Batı xan tərəfindən yaradılmışdır. İşğal edilən Rus knyazlıqları coğrafi cəhətcə Qızıl Ordaya daxil deyildi. Onlar Qızıl Ordadan yarımasılı vəziyyətdə idilər. Paytaxt əvvəl Batı xan tərəfindən əsası qoyulan Saray-Batı, sonra Saray-Bərkə şəhəri idi. Qızıl Ordu Monqol imperiyasından əlaqəni kəsdi və müstəqil siyasət yürütməyə başladı. (XIII əsrin sonunda) Ölkədə İslam dini rəsmi dövlət dini elan edildi. Qızıl Ordu dövlətində Özbək xan islamı dövlət dini elan etmişdi. Onun islamı rəsmi din elan etməsi Qızıl Ordu dövlətində türkləşmə prosesini başa çatdırdı. Ölkədə verilən xan fərmanları türk dilində yazılırdı.
Qızıl Orduda hökmdar və onun ailə üzvləri ən böyük torpaq sahibi sayılırdı. Onlardan sonra noyonlar (türkcə bəylər) gəlirdi. Noyonlar xidmət müqabilində torpaq alırdılar. Bəzi feodallar torpağa sahib olmaq üçün, məcburi işlərdən azad olmaq üçün xandan yarlıq adlı fərmanlar alırdılar. Belə imtiyazlı şəxslərə tarxandeyilirdi. Qızıl Ordu feodal monarxiya dövləti idi. Ölkəyə xan başçılıq edirdi. İşğal edilmiş ərazilərdə xan nümayəndəsi baskak adlanırdı. Baskak vergi yığılmasına rəhbərlik edirdi. Rus knyazları daxili çəkişmələrdən istifadə edərək Qızıl Ordaya tabe olmaqdan boyun qaçırırdılar. 1380-Kulikovo döyüşü – Qızıl Orda + Rus Knyazları–Ruslar qələbə çaldı. Qızıl Orda xanı Toxtamış xan Moskvanı tutub talan etdi. 1395-ci ildə - Terek döyüşü – Əmir Teymur + Toxtamış – Teymur qələbə çaldı. 1480-ci ildə Uqra çayı sahilində Qızıl Ordu xanı Əhməd xan rus knyazlıqları üzərinə hücum etməyə cəsarət edə bilmədi. Uqra görüşü adlı hadisə Moskvanın Qızıl Ordadan asılılığına son qoydu. XV əsrdə Qızıl Orda parçalandı. Qazan, Həştərxan xanlıqları və Krım, Qərbi Sibir müstəqil dövlətləri meydana gəldi. XVI əsrin əvvəllərində Qızıl Orda dövləti süqut etdi.
Dostları ilə paylaş: |