Dərs ümumi tarix siNİF (prq 1, 2, 3,4)



Yüklə 81,94 Kb.
səhifə7/36
tarix02.01.2022
ölçüsü81,94 Kb.
#46431
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   36
7 Ümumi tarix pdf

PARAQRAF 9. SƏLCUQ İMPERATORLUĞU.

Səlcuqlar oğuzların qınıq boyundan idilər. Bu tayfa öz adını Səlcuq bəyin adından götürmüşdü. Səlcuq bəy Oğuz dövlətində subaşı vəzifəsində idi. Oğuz yabqusu ilə münasibətləri pisləşdiyi üçün öz tayfasını götürərək Cənt şəhərinə gəldi. Səlcuqun nəvələri Toğrul bəy və Çağrı bəy səlcuqları birləşdirərək Qəznəvilərə qarşı mübarizəyə başladılar. Toğrul bəy 1038-ci ildə paytaxtı Nişapur olan Səlcuq dövlətini yaratdı. 1040-cı ildə Dəndənəkan döyüşündə səlcuqlar qəznəvilər üzərində qələbə çaldılar. Bu qələbədən sonra səlcuq hökmdarı Toğrul bəyə sultan titulu verdi. 1043-cü ildə paytaxt Rey şəhərinə köçürüldü. 1054-cü ildə Rəvvadilər, Şəddadilər və Tiflis müsəlman əmirliyi səlcuqlara tabe edildi. 1055-ci ildə Sultan I Toğrul Ərəb xilafətinin paytaxtı Bağdad tutuldu, Abbasilər xilafəti səlcuqlardan asılı hala düşdü. Toğrula “Şərqin və Qərbin hökmdarıadı verildi. Abbasilər ələ keçirildikdən sonra səlcuq dövlətinin ərazisi Mavəraənnəhrdən Mesopotomiyaya və Hindiquşa qədər genişləndi. Toğrulun vəfatından sonra Alp Arslan (1063-1072) hakimiyyətə gəldi. Onun məqsədi Anadoluya yiyələnmək idi. 1071-ci il 26 avqust – Malazgird döyüşü – Səlcuqlar Biznas ordusunu məğlub etdilər. Döyüşdə uzlar və peçeneqlər qarşıdakı ordunun öz soydaşları olduğunu gördükdə səlcuqların tərəfinə keçdilər. Biznas imperatoru IV Roman Diogen yaralanaraq əsir düşdü. BU DÖYÜŞ DÜNYA TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ OLDU. Döyüş nəticəsi olaraq – Bizans hər il səlcuqlara xərac verməli, lazım olduqda hərbi yardım etməli idi. Malazgird döyüşü nəticəsində Şərqi Anadolu həmişəlik türk diyarı oldu. Malazgird döyüşündən sonra Abbasi xəlifəsi ALP ARSLANI “İSLAMIN NURU” adlandırdı. Alp Arslanın ölümündən sonra taxta I Məlikşah (1072-1092) çıxdı. O, Konya və Ankaranı tutdu. Suriyanı zəbt etdi. Paytaxtı 1073-cü ildə Reydən İsfahana köçürüldü. 1087-ci ildə ticarət rüsumları azaldıldı. Dövlətin belə qüdrətli olmasında I Məlikşahın vəziri Xacə Nizamülmülkün böyük rolu olmuşdur. I Məlikşahın ölümündən sonra qiyamlar və uzunsürən ara müharibələri dövləti zəiflətdi. Sonuncu səlcuq sultanı Səncərin (1118-1157) hakimiyyəti zamanı dövlət parçalandı. İmperiyada xidmət müqabilində iqta, imperiyanın ucqar sərhədlərini qorumaq üçün isə uc torpaqları paylanılırdı. Əsas gəlir kəndlilərdən alınan üşr adlı torpaq vergisi idi. Məlikşah dövründə vahid ölçü, çəki, pul sistemi tətbiq olundu. 1157-ci ildə Səncərin ölümündən sonra imperiya süquta uğradı.


Yüklə 81,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin