XƏZƏR XAQANLIĞI – Xəzərlər VII əsrin əvvəllərindən (634-cü ildə yaradılmışdır) başlayaraq Xəzər dənizi sahillərinə, Azərbaycan ərazisinə, qərbə və şərqə doğru yayılmışdılar. Xəzər xaqanlığı Şərqi Avropada yaranmış ilk feodal dövlətlərindən biridir. Dövlətin 4 paytaxtı olmuşdur – Bələncər, Səməndər, İdil (723-cü ildən), Sarkelşəhərləri. 790-cı ildə Xəzər xaqanı Obadi iudaizmi dövlət dini elan etmişdir. VIII-IX əsrlərdə Xəzər xaqanlığı özünün ən qüdrətli zirvəsini yaşayırdı. IX əsrin II yarısında bir çox slavyan tayfaları xəzərlərə bac verirdi. Ölkəni xaqan idarə edirdi. Xaqanın ətrafında imtiyazlı təbəqə olan – bəylər və tarxanlar toplaşmışdılar. Dövlətin zəifləmə səbəbləri - ərəblərlə və peçeneqlərlə aparılan müharibələr. Dövlət 965-ci ildə Kiyev dövləti tərəfindən işğal olundu və Xəzər xaqanlığı süqut etdi.