Dərs ümumi tarix siNİF (prq 1, 2, 3,4)


Qeyd; Türklər uzun sürən savaşlarda “Turan taktikası” işlədirdilər. Bu taktika başqa adla “



Yüklə 81,94 Kb.
səhifə3/36
tarix02.01.2022
ölçüsü81,94 Kb.
#46431
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   36
7 Ümumi tarix pdf

Qeyd; Türklər uzun sürən savaşlarda “Turan taktikası” işlədirdilər. Bu taktika başqa adla “qurd oyunu” adlandırdı. Taktikanın mahiyyəti qəsdən geri çəkilmək və düşməni pusquya salaraq məğlub etməkdən ibarətdir.

PARAQRAF 2. GÖYTÜRK XAQANLIĞI

Şimali Çinin düzənliklərində çinlilərin “juan-juan” adlandırdığı Jujan dövləti mövcud idi.552-ci ildə Jujan dövlətinin tabeliyində olan Bumın özünü “il xaqan”, yəni elin hökmdarı elan etdi. 552-ci ildə Bumın xqan Göytürk dövlətinin əsasını qoydu. Paytaxtı Ötükən şəhəri oldu. Bumın xaqan Türklərin nüfuzlu Aşina qəbiləsindən idi. Dövlətə xaqan başçılıq edirdi. O, həm də ordu komandanı idi. Yabqu xaqandan sonra II şəxs idi. Tigin – xaqan ailəsindən olan şahzadələr idi. Ən yüksək əyanlara şad titulu verilmişdi. Muğan xaqanın dövründə Çin türklərdən asılı hala düşmüş, İstəmi xaqanın dövründə Şimali Qafqaza və Bizansa yürüşlər edilmişdi. Beləliklə Muğan və İstəmi xaqanların dövründə Göytürk dövləti imperatorluğa çevrilmişdi. Muğan xaqandan sonra hakimiyyətə Tapo xaqan gəlmişdir. Onun buddizmi yaymağa başlaması türk əsilzadələrinin narazılığına səbəb olmuşdur. Fürsətdən istifadə edən Çin 630-cu ildə bir zamanlar bac ödədiyi Göytürkü özündən asılı hala salmışdır. Lakin Kür Şadın başçılığı altında qalxan üsyan nəticəsində 639-cu ildə Göytürklər Çin əsarətindən qurtulmuşdurlar. 588-ci ildə Birinci Göytürk imperatorluğu 2 hissəyə - Şərqi Göytürk (mərkəzi Monqolustan) və Qərbi Göytürk (mərkəzi Yeddisu) parçalandı. Bu 2 dövlət Çindən asılı hala düşdü. Çin əsarətinə qarşı yeni bir hərəkat başlandı Bu hərəkata Qutluq xanın başçılıq edirdi. 682-ci ildə İkinci Göytürk İmperatorluğu yaradıldı. Qutluq xan özünü “İLTƏRİS (eli xilas edən), adı ilə xaqan elan etdi. Tonyukuk baş vəzir oldu. İltərisdən sonra hakimiyyətə qardaşı Qapağan xaqan gəldi. Qapağan xaqanın əsas siyasəti – ordunu gücləndirmək, təsərrüfatı canlandırmaq, Mərkəzi Asiya türklərini vahid dövlətdə birləşdirmək idi. Qapağan xaqan Çinə yürüş etdi. Çin göytürklərdən asılı hala düşdü. Bilgə xaqan hakimiyyətə gəldi. Döyüşlərin birincə qardaşı Kül Tigin həlak oldu. Bilgə xaqan onun şərəfinə Orxon çayı sahilində möhtəşəm bir abidə ucaltdı. Bilgə xaqan sui-qəsd nəticəsində öldürüldü. Göytürk zəiflədi və 744-cü ildə süqut etdi.



UYĞUR XAQANLIĞI. 744-CÜ İLDƏ Qutluq Bilgə Gül xaqan tərəfindən yaradılmışdır. Paytaxtı Ordu şəhəri idi. Atasının ölümündən sonra Moyon Çur xaqan oldu. O, Çini dövlətdən asılı vəziyyətə salmışdır. Razılığa görə Çin hər il ipəklə Uyğurlara xərac ödəməli idi. Bögü xaqanın dövründə Çinin bütün ticarət əlaqələrinə nəzarət uyğurların əlində idi. Bögü xaqan Çinə hücum edərkən tibetliləri darmadağın etmişdi. Uyğurlar avropalılardan xeyli əvvəl kağız istehsal etmiş və mətbəə yaratmışdılar. Bağa Tarkanın hakimiyyəti dövründə iqtisadiyyat yüksəldi. IX əsrin I yarısında Uyğur xaqanlığı zəiflədi. 842-ci ildə qırğızların üsyanı nəticəsində Uyğur dövləti süqut etdi.


Yüklə 81,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin